Mehdiabadda sabiq Bələdiyyə sədri 300 minlik torpaq sahəsini necə mənimsəyib? -DE-FAKTO
Mehdiabad Bələdiyyəsinin sabiq sədri Vüqar Hüseynov vəzifədə olduğu müddətdə qanunsuz olaraq torpaq ələ keçirib.
Yenixeber.org: Araşdırmamız zamanı məlum oldu ki, Mehdiabad qəsəbəsinin Cəfər Cabbarlı küçəsində (şərab zavodunun yanı) 10 sotdan artıq torpaq sabiq bələdiyyə sədrinin Elsəvər adlı qardaşı tərəfindən zəbt olunub.
Bələdiyyə sədri V.Hüseynov qardaşının zəbt etdiyi torpaq sahəsini sonradan vəzifə səlahyyətlərindən istifadə edərək qanuniləşdirdiyi bildirilir.
Sabiq Bələdiyyə sədrinə bu işdə Abşeron rayon İcra Hakimiyyətinin müstəsna səlahiyyətli nümayəndəsi Nurlan Həsənovun ciddi dəstək verdiyi deyilir.
Qanuniləşdirilən zəbt olunmuş torpaq sahəsi hazırda hasara alınır.
Qeyd edək ki, torpaq sahəsinin təxmini bazar dəyəri hazırda 300 min manat civarındadır. (Azfakt.com)