Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

2016-cı il K/T və ƏRZAQ MƏHSULLARI İXRACI - PROQNOZ

 

Xeberinfo.com: (9-cu yazı)

 

Ölkəmizin k /t sahəsində  ixrac imkanlarını artırmaq üçün müxtəlif sahələr vardır , lakin bu sahələrdə təşkilatçılıq işləri görmək , kiçik müəssisələr yaradaraq onların emalını , paketlənməsini təşkil etmək , ixrac tədbirləri görmək lazımdır. Bu sahələr barədə qısa məlumat verək :
- Dərman bitkiləri. Azərbaycan təbiəti onlarla təbabət , müalicə əhəmiyyətli bitkilərlə zəngindir. Bəzi məhsullar bazarlarda , küçə səyyar satıcıları tərəfindən satılır , az bir qismi isə apteklərdə paketlənmiş şəkildə realizə olunur , lakin yalnız daxili bazarı təmin edə biləcək səviyyədədir , əksinə Türkiyədən idxal olunan bu tip məhsullar dizayn və qablaşdırma cəhətdən daha üstündür. Az bir sərmayə ilə bu istehsalın texnoloji üsullarla həyata keçirilməsi mümkündür , ixrac bazarı isə vardır .
- Ədviyyatlar. Ölkəmizin ədviyyat bazarının bəlkə də 90 %-i İran və Türkiyə məhsulları ilə təmin edilir , hətta ixtisaslaşdırılmış onlarla İran mağazaları bu işlə məşğul olur  halbu ki , ölkəmizin bu sahədə unudulmuş qədim ənənələri var , məs.Azərbaycan zəfəranı dünyada ən keyfiyyətli məhsul sayılardı , indiki zamanda xüsusi ilə bu sahənin inkişafı çox perspektivli görünür , zəfəranın qiyməti dünya bazarında qiymətli metallardan sonra ən bahalı məhsuldur. Bir fakta diqqət yetirək , iqlim şəraiti və əkin üçün yararlı torpaqları məhdud olan İsrail Avropanın ədviyyata olan təlabatının 76 %-ni ödəyir . K/T Nazirliyi bu sahədə araşdırmalar apararaq bu sahənin yenidən bərpası yollarını tapmalı , fermerlərə məsləhətlər verməli , köməklik göstərməlidir. 
- Daha bir neçə ixracyönlü məhsulun istehsal olunması ehtimalı ilə adını çəkək :
- Qurudulmuş göyərtilər.
- Dondurulmuş meyvələr.
- Dondurulmuş tərəvəzlər
- Meyvə konservləri 
- Gülçülük və ting ağaclar
         Və s.və i.a. 
      Sözsüz ki , bir arayışda bütün sahələr ətraflı əhatə etmək imkanı məhduddur , lakin maraqlı görünə biləcək fikir və təkliflər barədə ayrıca olaraq geniş məlumat və yanaşma təqdim edə bilərəm.

              2016-cı il K/T və ƏRZAQ MƏHSULLARI İXRACI  (PROQNOZ)        

      MƏHSULUN ADI                                          DƏYƏR HƏCMİ ( $ )
1. Meyvə - giləmeyvə                                            280 mln $
2. Tərəvəz                                                               120 mln $
3. Tütün                                                                       9 mln $
4. Çay                                                                        27 mln $
5. Pambıq                                                                 26 mln $
6. Şəkər və qənd                                                      50 mln $ *
7. Bitki yağları                                                          12 mln $ *
8. Gön - dəri                                                              14 mln$
9. Süd və süd məhs.                                                   6 mln$
10.Bostan bitkiləri                                                      5 mln $
11.Balıq məhsulları                                                  10 mln$
12.Ət -tərəvəz konservləri                                          5 mln $
13.Meyvə şirələri və konsent., püreləri                   15 mln $
14.Fındıq və qoz                                                        45 mln $
15.Konditer məhsulları                                                5 mln $
16.Mürəbbə , cem                                                        2 mln $
17.Qazlı və qazsıs sular , mineral sular                    3 mln $
18.Şərablar                                                                   8 mln $
19.Tomat pastası                                                         3 mln $
20.Bal                                                                            5 mln $
       Cəmi :     650 mln $
     Sözsüz ki , ölkədən digər ərzaq məhsulları da ixrac oluna bilər , bu mənim təxminimdir.

 

Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam