Fındıq , Qoz və onların məhsullarının ixracı
Xeberinfo.com: (6-cı yazı)
Ölkəmizdə 2015 -ci ildə 35 min tn. fındıq , 11 min tn.qoz tədarük edilmişdir. Fındıq ixracı 11,5 min tn təşkil etmişdir ki , valyuta ilə həcmi 48 mln $ təşkil etmişdir. Məhsul əsasən AB ölkələrinə ixrac edilmişdir, 22 mln $ məbləğində , əsasən Almaniyaya 48,6% , İtaliyaya 41,8%, Fransa 4,5%, Polşa 3,7 %, Niderland 0,8 %, Litva 0,6% və s.).İkinci ən böyük alıcımız Rusiya 19 mln $, daha sonra isə Qazaxıstan 9,5 mln $ .Avropa bazarında ölkəmizin xüsusi çəkisi 1,8% .Azərbaycan dünya fındıq məhsulunun 75 %-ni verən Türkiyədən və dünya ikincisi olan İtaliyadan sonra 3-cü ən böyük fındıq tədarük edən ölkədir. İxrac etdiyimiz fındıq məhsulu tədarükümüzün 1/3 təşkil edir , eyni zamanda biz Türkiyə və Özbəkistandan da fındıq idxal edirik. Ölkədə hazırda fındıq becərilməsinə xüsusi maraq var , yeni bağlar salınır , bizim məhsulumuz ekoloji təmizliyinə ( gübrə deyil peyindən istifadə olunur ) və yağlılıq dərəcəsinə görə türk məhsulundan üstündür , təəssüf ki , təşviqi zəifdir.Yaxın illərdə ölkədə fındıq tədarükünün 65 -70 min tn olacağı proqnozları verilir. Xam fındıqla yanaşı ölkədə Fındıq yağının istehsalını da təşkil etmək olar , Azərsunda çalışarkən belə bir təklifim şirkətin prezidenti tərəfindən dəstəklənsə də sonradan həyata keçmədi. Bundan əlavə fındıq və qoz qabıqlarının satışını da təşkil etmək olar , məs.Rusiyanın Rostov vilayətində sənayedə istifadə məqsədi ilə onu idxal edən şirkət var , sadəcə araşdırmalar aparmaq , müştəri tapmaq gərəkdir.Adını çəkdiyim fındıq yağı məhsulu qırıntılardan hazırlansa da , qiyməti digər bitki yağlarından bir neçə dəfə bahadır.Fındıq yağı qatılığından asılı olaraq iki növə bölünür : mətbəx üçün litrlərlə , təbabət və kosmetika üçün qramlarla.
- Qoz məhsulu. Ölkədə 11 min tn qoz yığılır , lakin təəssüf ki , onun ixracı barədə məlumatlara rast gələ bilmədim. Qoz yağı və qabığı da dünya bazarında realizə olunur.
- Süd və süd məhsulları.
Ölkəmizdə qoyun və keçi südü sağımı vardır , uzun illər ərəb ölkələrində çalışdığımdan bu xalqın bu südlərə olan maraqlarından xəbərdaram , ərəblər eləcə də bu südlərdən hazırlanan məhsulları xoşlayırlar. Varlı Körfəz ölkələri üçün xüsusi olaraq pasterizə olunmuş qoyun və keçi südləri , həmin südlərdən hazırlanmış pendirlər ( zeytun yağında , zeytun meyvəsi ilə , püstə , fındıq , qoz , göyəti ilə ) istehsal edərək ixrac etmək olar. Eyni zamanda təmiz inək və camış südlərini də( təmiz , poroşok süd deyil ) ixrac etmək mümkündür.
- Marinad meyvə və giləmeyvələr. Bu məhsullar duzlu sufa tutulmuş meyvə və giləmeyvələrdən ibarət ola bilər : alma , armud , zogal , əzgil və s. Bu məhsullara Rusiya , Belorus , Pribaltika bazarında , ərəb ölkələrində təlabat vardır .
- "Azərsun " uğurla üzum yarpaqlqrını (tənək yarpağı ) Rusiya , Ukrayna , Qazaxıstana ixrac edir , deyirlər dama -dama göl olur , bu mənada ölkəmizin ixrac imkanları tükənməzdir.
- Meyvə konsentrat , püre və ekstraktları. Hazırda dünya bazarında meyvə şirələri hazırlamaq və yeyinti sənayesinin müxtəlif ( 60-dan artıq) sahələrində istifadə etmək üçün bu məhsulların satışı ticarətin mühüm bir sahəsini əhatə edir, təəssüf ki , ölkəmizdə yalnız Azərsun bir neçə min tn alma püresi istehsal edir , təlabatı ödəyə bilmir , halbuki , bazar çox böyükdür. Bu sahəyə ciddi diqqət yetirilməlidir , yeni emal müəssisələri yaradılmalıdır.Məs. dünya bazarında nar konsentratı briks dərəcəsindən asılı olaraq 4-6 min $ arası satılır. Ölkəmizin alma , nar heyva , feyxoa , xurma , şaftalı, armud ,üzüm və s.meyvələrdən pürü və konsentrat istehsal etmək üçün geniş imkanları vardır.
Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)