Qeyri-Neft sektorunun K/T sahəsində ixracı barədə - III yazı
Xeberinfo.com: Dövlət Statistika Komitəsinin və K/T Nazirliyinin 2015 -ci ildə Azərbaycanda istehsal olunmuş k/t məhsulları və xammalı barədə məlumatlar və ölkədən ixrac həcmləri :
Məhsul Min tn. İxrac, min tn Mln.$ % həcmi
1.Meyvэ
və giləm. 886, 3 173,2 220,2 20 %
2.Tərəvəz 1, 273,3 120,1 91,6 10 %
3. Bostan məhs. 484,5
4. Üzüm 157,0
5. Pambıq 35,0 13,2 19,4 35 %
6. Tütün 3,5 1,94 7,5 55 %
7. Kartof 839,8
8. Gön-dəri ( ədəd ) 8682 12,1
9. Çay 4,3 19.5
10. Digər 295 0, 45
11.Yun 17,0
12.Şəkər tozu 432 , 0
13.Balıq və məhs. 14 0
14.Bitki yağları 93,0
15.Ət və məhs.( diri ) 515,6
16.Süd ( mln lt ) 1924,4
17. Yumurta (əd ) 1538,6
18. Dənli bitkilər 2999,0
19.Dən üçün günəbax. 18,9
20.Çay (yerli stehsal ) 579 tn
CƏMİ İXRAC : 370 ,7 MLN.$ ( 2015 )
373,7 MLN $ ( 2014 )
Bundan əlavə əlavə Azpromonun məlumatına görə ölkədən şərab, qazlı və qazsıs içkilər, şokolad, şəkər, meyvə -tərəvəz şirələri, cem, mürəbbə, konserv məhsulları, bitki və heyvan mənşəli yağlar, alma püresi, kompotlar və s. ixrac olunur. Bu məhsulların əksəriyyəti “Azərsun” şirkətində istehsal olunur və illik ixracı 30 mln $ -dan artıq deyildir ( şəkər istisna ).
Göründüyü kimi meyvə -tərəvəz sahəsində ixrac imkanları vardır, lakin onlar göründüyü qədər də böyük deyildir, çünki ölkənin daxili istehlakı təxminən 1, 5 mln.tn. bərabərdir, cəmi 2,1mln. meyvə-tərəvəz məhsulu yığılır, 300 min.tn ixrac olunur, qalıq ehtiyatlar 300 min tn. bərabərdir ki, o həcmlər də emal müəssisələrində istifadə olunur, əgər gələcəkdə emal sahəsini daha da inkişaf etdirmək istəyiriksə, daha çox təzə məhsul ixrac etmək istəyiriksə, məhsul artımına nail olmalıyıq. Bir məsələni də qeyd etmək lazımdır ki, rəsmi və ya qeyri -rəsmi məlumatlar adətən fərqlidir ( məhsul barədə ), xüsusi ilə mediada təhrif olunur, bəzən minlər milyonlar kimi təqdim olunur… Ona görə də ölkənin ixrac potensialını təyin etmək üçün nə və nə qədər istehsal etdiyimizi dəqiq bilməliyik… Bəzi hallarda istehsalçı şirkətlər məhsul həcmi və İxrac potensialını artırmaq üçün sözsüz ki, çoxşahəli (diverfikasiya sözünü dilimizdə belə anlayıram) istehsala malik olmaq gərəkdir, o isə öz növbəsində güclü xammal bazası tələb edir. Bu səbəbdən də indiki mərhələdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin ümdə vəzifəsi sənaye və k/t sahələrində xammal və məhsul çeşidlərinin artırılması ilə bağlı konkret tədbirlərin hazırlanması və onların həyata keçirilməsində sahibkarlara yaxından dəstək olmalarıdır, əlbəttə sərgilərdə də iştirak etmək olar, xarici partnyorlarla da rəsmi görüşlər, yarmarkaların təşkili, təminat -təchizat tipli qurumlar da vacibdir, lakin əsas fəaliyyət, məqsəd, hədəf yeni xammal bazasının, kiçik və orta həcmli (bu barədə bir qədər sonra) emal və istehsal müəssisələrinin yaradılması olmalıdır. Biznes fərdlərin gəlir mənbəyi, iqtisadiyyat isə ölkənin, əhalinin rifah səviyyəsinin artırılması deməkdir).
-Bu arayışda yalnız ixracyönlü məhsulların istehsalı və bu istehsalı təşkil etmək üçün bəzi xammal bazalarının yaradılması barədə fikir və təkliflərimi diqqətinizə çatdırmaq istərdiim, Dövlət İqtisadi islahatlar Komissiyasının hazırladığı proqram çərçivəsində onların bəziləri bəlkə də faydalı ola bilərdi… Arayışda qlobal iqtisadi islahatlar deyil, ixracyönlü məhsullar barədə fikir və təkliflər yazılıb, onların əksəriyyəti qida sənayesi istehsalı, xammal bazasının yaradılması və ixracla bağlıdır
– Ölkəmizdə ixracyönlü məhsullar istehsal edən şirkətlər əsasən iri həcmlidirlər, lakin dünya praktikasında belə şirkətlərlə yanaşı kiçik və orta həcmli müəssisələr də fəaliyyət göstərirlər və ixracyönlü mallar istehsal edirlər, belə kiçik və orta müəssisələri yaratmaq çoxsaylı sahibkarların ölkə iqtisadiyyatında əməli iştirakı ilə nəticələnir, rəqabət prinsipi yaranır və bu da son nəticədə keyfiyyət və qiymətə təsirini göstərir. Hazırda qida sənayesində ərzaq məhsullarıın istehsalında rəqabət prinsipi olmadığına görə qiymət həddi istehsalçı tərəfindən təyin olunur və ölkə daxilindəki kifayət qədər yüksək qiymətlər dünya bazarında yüksək olduğu üçün onların ixracına maraq göstərmirlər. Kiçik və orta müəssisələr bu sahədə həlledici amil ola bilər, bir sıra belə qurumlar böyük zavodun istehsalı qədər məhsulu bazara çıxara bilər. Hər şeydən əvvəl rəqabət və yenə də rəqabət prinsipi. Yaddan çıxarmayaq ki, ölkəmizdə qurulan iri müəssisələr əsasən ölkədaxili kreditlər hesabına başa gəlir, halbuki, orta həcmli müəssisə yerli və ya xarici şəxsi sərmayələr hesabına başa gələ bilər. Belə fərdi, ailəvi, digər formatlı kiçik zavod və fabrikləri Almaniya, Türkiyə, Suriya, İtaliya, Fransa, Belçika, İran, İsrail, İspaniya və bir çox başqa ölkələrdə şəxsən görmüşəm və məhz onların iqtisadiyyatın mühüm elementi olduğuna əmin olmuşam. Ölkəmizdə də belə müəssisələr az da olsa mövcuddur, lakin onların irihəcmli zavodlarla rəqabəti mümkünsüzdür, buna misal olaraq süd sənayesini göstərmək olar, lakin bu istehsal sahəsində də idxaldan asılılığımız davam edir, çünki xammal bazası zəifdir, yarı gücü ilə işləyən iri zavodlar üçün ölkədə qədərincə xammal yoxdur, digər sahələr də eyni halda… Ölkədə istehsal olunan bitki yağları 100 %, çay 95 %, şəkər 80 % idxal xammal əsasında istehsal olunur ..bundan çıxış yolu barədə arayış boyu danışılacaq ….
Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)