Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

К/T -da lizinq, "beyin mərkəzlər" və yeni ixrac qurumunun zəruriliyi

 

Xeberinfo.com: (8-ci yazı)

K/T lizinq . Hazırda bu sahədə yeganə monopolist təşkilat K/T Nazirliyinin " Aqrolizinq " AS Cəmiyyətidir. Ölkəyə k/t texnikası , cins-damazlıq malqara , gübrə , dərman preparatlarının idxalı və lizinqi ilə yalnız bu qurum məşğul olur. Yaxşı olardı ki , ona alternativ olaraq şəxsi mülkiyyətdə olan lizina firmaları da təşkil olunardı , bu rəqabət yaradardı və daha geniş xidmətlərin , digər gərəkli avafanlıqların təklif olunmasına şərait yaradardı . Bu ümumi işin xeyrinə olardı...
-  Alternativ " beyin mərkəzləri "...Hazırda K /T Nazirliyi nəzdində fəaliyyət göstərən elmi institut və təşkilatlara alternativ olaraq " elmi kreativ beyin mərkəzlərinin " yaradılması da gündəmdə olmalıdır , alternativ fikir , ideya olan zaman seçim də böyük olur , uğurlar da. Belə mərkəz iki istiqamətdə yaradıla bilər : k/t və sənaye. Cənəb Prezidentin 18.01.2016 Sərəncamı da buna şərait yaradır.
- İndiki zamanda belə ölkədə ixrac potensialı olan onlarla məhsul var , lakin onların ixracı bir sıra obyektiv və subyektiv səbəblərdən həyata keçirilmir. Düzdür , bu məhsulların çeçidi qədərincə cox və iri həcmli olmaya bilər , lakin mövcuddur , ümdə məsələ onların araşdırılıb üzə çıxarəlması , sistemləşdirilməsi , ixrac edilməsi üçün xarici bazarların təyin edilməsi , onların xaricdə təşviqidir və " Made in Azerbaijan " markası ilə ixracıdır. Bu mənada ölkədə bu məsələləri yönəldə biləcək , ixrac əməliyyatlarını uğurla , peşəkarcasına həyata keçirə biləcək bir quruma ehtiyac var. İxarac idxaldan daha ağır bir prossesdir , ən keyfiyyətli , yüksək təlabatlara cavab verən məhsul belə müştərisi olmazsa anbar malı olaraq qalacaqdır. Bu qurum arzu edən ( xüsusi ilə kiçik və orta sahibkarlar üçün ) yerli firmalarla ( istehsalçılarla) xarici alıcılar arasında vasitəçi rolunu oynaya bilər , müəyyən komissiya ( 3 -5 % ) ilə ixrac əməliyyatlarını təşkil edə bilər , ixracmənbələrini aşkar edər , xarici bazarlarda proqnoz ili üçün hansı məhsullara ehtiyac olacağını təyin edərək istehlakçıya bildirər , bəzi hallarda fyüçürs kontraktlarla məhsulları ala bilər və bütün bu və digər sadalana biləcək amillər ölkənin ixrac potensialının artmasına kömək edə bilər. Sirr deyil ki , hazırda bu fəaliyyətlə iri şirkətlər və ayrı -ayrı fiziki vasitəçilər məşğul olurlar , lakin onların qiymət siyasəti sahibkar üçün əlverişli deyil , bu qiymətlər adətən ixrac qiymətindən 30 - 50 % aşağı olur , lakin 3-5 % həddi fermeri , sahibkarı , həyətyanı fərdi təsərrüfatları stimullaşdıraraq daha çox məhsul əldə etməyə sövq edər, indiki qiymətlər buna mane olur...Belə bir qurum şərti olaraq " Azexport " adlana bilər...Fikrimi daha geniş də əsaslandıra bilərəm , bu monopoliya bir təşkilat olmayacaq , əksinə sahibkarın dostu olacaq...Vaxtı ilə mənə ölkənin ərzaq təchizatını daha az komissiya ( 1,5 - 2 ,5 % ) ilə həyata keçirmək müyəssər olmuşdu ...

 

Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam