Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Duz və qarışıq duzlar

 

Xeberinfo.com:  (7-ci yazı)

 3 Ölkəmizdə böyük həcmdə duz istehsal olunur , Azərsun istehsalı narın duz və Naxçıvan daş duzu. Azərsun yalnız Gürcüstana əhəmiyyətli dərəcədə duz ixrac edir , digər ölkələrə ixrac isə bir neçə min $ -a bərabərdir. Türkiyənin qonşumuz Rusiyaya konfliktdən əvvəl 80 min tn duz ixrac etdiyini nəzərə alsaq və Rusiyanın Ukraynadan konflikt əvvəli 600 min tn duz idxal etdiyini nəzərə alsaq bizim üçün geniş imkanların açıldığını görərik , lakin bu imkanlardan lazımınca istifadə edə bilmirik. Məs.Həştərxanda duz yataqları olsa da , duz emalı yoxdur , bunu orada ezamiyyətdə olarkən öyrəndim. Digər bir məhsul ilə qarışıq duzlardır , bu duzlar istiot , sarımsaq , müxtəlif göyərtilər ( nanə, şüyüd , petruşka , keşniş və s) əlavə oçunmaqla hazırlanır və istər AB , istərsə də ərəb ölkələrində populyar məhsuldur. Bizim marketlərdə Almaniya mənşəli sarımsaqlı duzun 100 qr. 3-4 $ satılır , yəni delikates məhsul sayılır , halbuki adi məhsuldur. 
- Naxçıvan İqtisadi bölgəsi.Naxçıvan duzla yanaşı mineral su yataqları ilə zəngindir , quru meyvə istehsalının qədim ənənələri var , təzə meyvə və tərəvəzlə boldur , 90 -cı illərdə burada becərilən çuğundur xammalı Türkiyənin emal müəssisələrinə verilərdi və yaxşı qazanc mənbəyi idi. Naxçıvanın xammal və sənaye imkanları dərindən araşdırılmalıdır.
- Treyderlər. Hazırda dünya xammal bazarında müstəqil alıcılarla yanaşı , böyük topdan alış və satışla məşğul olan treyder şirkətləri fəaliyyət göstərirlər. Onların əsas fəaliyyətlərindən biri də bizi maraqlandıra biləcək meyvə , tərəvəz , konsentrat , püre sahələridir , bu şirkətlərə bazarlarda olan inam çox böyükdür , onların anbar sistemləri , loqistika imkanlar çox böyükdür , iri sənaye və kiçik , orta emal müəssisələrini xammalla təchiz edirlər. Məsələn , Rusiyada olarkən məşhur Pikanta tərəvəz məhsulları konservləri istehsal edən zavodda oldum , lakin onlar ayda 100 tn.tomat pastası , 100 tn alma püresi , hər birindən 20 - 30 tn olmaqla şaftalı , ərik , feyxoa , armud , heyva püreləri sifariş etmək istəyirdilər , lakin işlədiyim müəssisə üçün bu sifariş həcmləri az göründüyündən işləmədilər , halbu ki , bu həcmləri belə nə emal edirlər , nə də satırlar. Böyük gəmiyə böyük dənizlər deyirlər , ona görə də ölkədə kiçik və orta həcmli emal müəssisələrinin yaranması zərurəti vardır. Eyni zamanda iri həcmli konsentrat və püre istehsal edən müəssisələrə də ehtiyac vardır , xüsusi ilə nar , aıma , tomat pastası konsentratları sahələrində .  Böyük treyderlərlə əməkdaşlıq etmək üçün böyük istehsal olmalıdır.
- Soya , raps , sparja ( qulançar ), qarğıdalı , günəbaxan.
        Hazırda ölkəmizdə bitki yağları və marqarin istehsalı 90 min tn civarındadır , lakin ölkəmiz eyni zamanda bu məhsulları idxal da edir. Hər şeydən əvvəl bu bitkilərin əkinini təşkil etmək gərəkdir , çünki indiki istehsalımız 100 % idxal xammal hesabına emal edilir və bu da məhsulun mayadəyərinin yüksək başa gəlməsinə , yerli məhsulun idxal məhsuldan baha olmasına səbəb olur. Ölkəmizdə qargıdalı və günəbaxan əkin təcrübəsi var , k/t nazirliyinin elmi qurumları digər bitkilərin də məqsədəuyğunluğunu bildirməlifirlər. Xüsusi ilə Soya yağı barədə , bu əslində ikinci ət və çörəkdir. Soyadan soya əti , farşı , kolbasa , sosiska , pasta , spaqetti , lapşa , un , anasüdü əvəzi uşaq yeməyi , sous , süd , pendir , qaymaq , heyvan yemi , şrot , jmıx , soya yağı , sənayedə işlənən müxtəlif məhsullar istehsal olunur , dünyada ən çox əkilən və emal oçunan bitkidir.....

 

Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam