Qeyri-Neft sektorunun K/T sahəsində ixracı barədə
Xeberinfo.com: (5 -ci yazı)
Meyvə quruları və sukatlar (şəkərlənmiş quru meyvə) emal sənayemizin ən zəif sahələrindən biri , 1 mln.tn.-a yaxın meyvəsi olan bir ölkə bu məhsulların 90 %-ni idxal edir , halbuki bu istehsal sahəsi bir o qədər də böyük sərmayələr və iri emal müəssisələri tələb etmir. Ölkədə istehlak ( yeyilən ) quru meyvə həcmi 20 min tona yaxın bir rəqəm təşkil edir və bu məhsullar əsasənTürkiyə, İran, Özbəkistan, bir qədər isə Şərqi Avropa ölkələtindən, ABŞ və C.Amerika mənşəlidir. Rusiya bazarının illik istehlakı 220 mi tn, onun 90 min tn. Özbəkistandan idxal olunur, ümumiyyətlə isə Özbəkistan ildə 125 min tn. quru meyvə ixrac edir, hətta İsveçrə mağazalarında onun satışının şahidi olmuşam. Əgər bu sahəyə diqqət yetirilərsə ölkəmiz idxalçıdan böyük ixracatçıya çevrilə bilər. Azərbaycanın hər bir bölgəsində bu istehsal çox da böyük olmayan sərmayələr hesabına başa gələ bilər və bu kiçik, orta biznes üçün çox faydalı olardı. Bu istehsalla ölkədən çıxarılan on milyonlarla vəsait, on milyonların, bəlkə də daha çox valyuta vəsaitinin ölkəyə daxil olmasına səbəb olardı. Bu mənada ərəb ölkələri bazarı da böyük gəlir mənbəyi ola bilər. – Arpa yarması (perlovka). Təbiətdə perlovka deyilən bitki yoxdur, o arpanın cilalanması ilə əldə olunur. Vaxtı ilə ölkə silahlı qüvvələrini, digər güc nazirliklərini, qapalı təşkilatları bu məhsulla təchiz etmiş şəxs kimi bu məhsulun indi də idxal edilməsinə təəccüb edirəm, halbuki kiçik bir sərmayə ilə (ildə üç min tn.məhsul istehsal edən avadanlığın qiyməti 20 -25 min $-dan baha deyil) bu istehsalı qurmaq olar. – Kartof püresi. Hazırda ölkəmiz kartofla özünü tam təmin edir və ixrac da edir. Vaxtı ilə Silahlı qüvəllər, güc nazirlikləri, qapalı təşkilatlar üçün bu məhsulun idxalı ilə məşğul olmuşam, o çıxarsız, tez hazırlanan (isti su əlavə etmək kifayət edir) bir məhsuldur, 1kq püredən 6,5 kq hazır yemək alınır. Belə bir istehsalın gərəkliyi göz önündədir. – Ölkəmiz əsasən idxal olunan xammalla şəkər tozu istehsal etməklə özünün ehtiyaclarını ödəyir və çox bir həcmdə də ixrac edir. Şəkər, qənd, melassla yanaşı digər mıhsulların istehsalı həm ölkə bazarını bu məhsulların idxalından azad edərdi, həm də böyük ixrac potensialı yaradardı. Belə məhsullardan: invert şəkər, karamelin, sənaye şərbəti, pektin, limon turşusu və s. – Arıçılıq məhsulları, yalnız təbii baldan başqa digər məhsullarə idxal edirik, lakin ixracyönlü məhsulların istehsalını da təşkil etmək olar: propolis, vosk, bal zəhəri, matoçnıy süd, perqa və s. – Meyvələrdən hazırlanan dietik və diabektik məhsullar: fruktoza, saxaroza, sorbit, ksilit, kisel və s. Bu sahədə də idxalçıdan ixracatçıys çevrilmək olar. – Tütünçülük və tütün məmulatları. Ölkə ildə 330 mln.$ həcmində tütün məhsulları idxal edir, idxal olmalıdır, lakin bu həcmləri yerli istehsalla azaltmaq olar, son bahalaşmalardan sonra ucuz siqarey seqmenti ümumi istehlakın 10 %-i civarında təklif olunur. Ölkəmiz ənənəvi olaraq ən azından Rusiyaya tütün ixrac edib, bu sahə də sürətli inkişaf tələb edir.
Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)