Qeyri-Neft sektorunun K/T sahəsində ixracı barədə - II yazı
Xeberinfo.com: K/T -da iqtisadi islahatlar aparmazdan əvvəl dünya bazarlarında ən çox ticarəti həyata keçirilən məhsullara diqqət yetirək :
– Balıq və balıq məhsulları : 105 mlrd. $
– Meyvə və giləmeyvələr : 101 mlrd $
– Taxıl : 80 mlrd. $
– Bitki yağları : 72 mlrd. $
– Tərəvəz məhsulları : 68 mlrd. $
– Çay və qəhvə : 55 mlrd.$
– Tütün : 44 mlrd.$
– Şəkər : 55 mlrd. $
– Ət və ət məhsulları : 27 mlrd. $
– Süd və süd məhsulları : 2 mlrd. $
– Bal : 3 mlrd. $
Bu rəqəmlər yalnız xarici ticarəti əks etdirir , sözsüz ki , daxili istehlakı təmin etmək üçün daha çox miqdarda məhsullar istehsal olunur. Siyahıda göstərilən məhsulların hər biri ( qəhvə xaric ) ölkəmizdə istehsal olunur və onların əksəriyyətinin ixrac potensialı vardır , taxıl istisna olunmaqla hətta ət və süd məhsulları belə ixrac edə bilərik. Hazırda ölkə mediasında iqtisadi məsələlərə dair məsləhət verən çoxsaylı ekspertlər var və onların çıxışlsrı adətən ümumi , qeyri – konkret xarakter daşıyır və əsas fikirləri də budur ki , əvvəlcə ölkəni ərzaqla tam təmin etmək , sonra ixracla məşğul olmaq lazımdır , əslində bu düzgün yanaşma deyildir , dünya ticarəti deyilən bir anlam , mal axını var , istehlakçıların seçim hüququ var , öz istehsalı ilə ölkəni tam təmin edən ölkələr belə həmin məhsulların idxalı ilə məşğul olurlar. İdxal hər zaman qaçılmaz bir faktdır , əgər bu gün mağaxalarımızın rəflərindən idxal olunan məhsulları götürsək , qida rəflərinin 50 %-i , sənaye məhsulları rəfinin isə 90 %-i boş qalardı. Dünyada öz tələblərini bütün məhsullarla tam təmin edən ölkə yoxdur , xarici ticarət ölkələrin məhsul inteqrasiyasıdır və biz də bu amildən asılıyıq və hər zaman olacağıa , lakin əsas qida məhsulları ilə təlabatın ödənilməsinə çalışmaq lazımdır. Dənizi , gölləri , böyük çayları olan ölkəmiz balıq məhsulu ilə özünü yalnız 25 % həcmində təmin etsə də , ixracla məşğuldur . Başqa bir misal . Süd və süd məhsulları ilə təminatımız 73 % ödənilsə də , damazlıq -cins heyvanları xaricdən idxal etsək də , 2015 -ci ildə Türkmənistana elə bu cinsli iribuynuzlu mal ixrac etmişik. Ölkəmiz 2015 -ci ildə özünü təmin edə biləcək dərəcədə kartof becərsə də ( 992 min tn ) , statistik məlumatlara görə 78 min ton bu məhsuldan idxal etmişdir.
Deyilənləri nəzərə alaraq dünya xarici ticarət bazarına bütün hal və formalarda inteqrasiya etməyimiz günün vacib amilidir. Hazırda ölkəmiz165 ölkə ilə ticarət edir , 147 ölkədən idxal , 111 ölkəyə ixrac edirik.
Hazırda dünyanın ən böyük k/ t xammalı və ərzaq idxalçıları AB , ABŞ , Çin , Yaponiya , Rusiya və Kanadadır və eyni zamanda ən böyük ixrac ölkələri . Biz bu ölkələrin bazarlarına daxil olmaq üçün səylər göstərməliyik və AB , Rusiya bazarlarındakı iştirakımızı artırmalıyıq. Adları göstərilən ölkələrdə idxal əməlliyyatlarında sərt qaydalar olsa da , bu bazarlar böyük həcmli və qiymət baxımından ixrac üçün əlverişli ölkələrdirlər. Məhsullarımız üçün likinci böyük bazar isə Mərkəzi Asiya ( Monqolustan , Qazaxstan və s ), Yaxın Şərq ölkələri ( xüsusi ilə Körfəz ərəb ölkələri ) , Afrika , Uzaq Şərq ölkələri ( Malayziya , C.Koreya , Tailand və s ) və bu bazarlara çıxışımız mütləq təmin olunmalıdır. Bundan əlavə C.Amerika bazarı da araşdırılmalıdır , bu bazar dünyada bal məhsulunun ən çox idxal edildiyi məkandır.
Məhsullarımızın dünya bazarında təşviqi əsas məsələlərdən bitidir , bu məsələdə ölkəmizin xaricdəki səfirliklərinin də köməkliyi olmalıdır , əslində səfirliklərimizin hər birində iqtisadi məsələlər üzrə müşavirlər çalışırlar , məhz onlar ixracat şirkətlərimizlə xarici partnyorlar arasında körpü rolunu oynamalı , məhsullarımızın təbliğatı ilə məşğul olmalıdırla və bunun üçün onlarda sözsüz ki , ixrac məhsullarımız barədə məlumatlar , kataloq və məhsul nümunələri olmalıdır.Əlbəttə klassik olaraq bəzi ölkələrdə Ticarət nümayəndəliklərimizin açılması bu məsələlərin regional dövlətlər arasında uğurlu aparılmasına səbəb olardı , lakin bu məsələ çox ümdə olsa da , görünür yaxın perspektivin işidir , əvvəlcə ixrac məhsul bazamızın gücləndirilməsi vacibdir.
Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)