Qeyri-Neft sektorunun K/T sahəsində ixracı barədə - 4-cü yazı
Xeberinfo.com: Yerli xammal bazasının yaradılmasında əsaslı və köklü islahatlar apaılmalı, köklü dəyişikliklər etmək zəruriyyəti zamanın başlıca amilidir.Əgər qeyri-qida sənayesi sahəsi ölkədə mövcud olan təbii sərvətlər və bir sıra k/t, heyvandarlıq (pambıq, gön-dəri) məhsulları hesabına qurula bilərsə, qida sənayesinin inkişafı üçün k/t xammal bazasının yaradılması gündəmdə olmalıdır. Bura günəbəxan, qarğıdalı, soya, çay, çuğundur kimi bitkilərin becərilməsi daxildir, əlbəttə deyilənlər ilkin təkliflərdir və onların siyahısı daha geniş ola bilər.
– Ölkədə kifayət qədər meyvə -tərəvəz yetişdirilir, lakin ixracyönlü məhsulların həcmini artırmaq yeni emal müəssisələri ilə yanaşı, bu məhsulların həcminin də artırılmasını tələb edir . Məsələn meyvə konsentratları və pürelərinin dünyada hədsiz böyük bazarı və təlabat böyük təlabət həcmi var, ölkədə yalnız bir müəssisə alma püresi istehsalı ilə məşğul olur və istehsal gücü böyük həcmlərdə ixraca imkan yaratmır, halbu ki, Rusiya, Ukrayna, Belarus, Avropa ölkələrinə alma, nar, xurma, heyva, nar, tomat pastası və s. konsentrat və püreləri uğurla ixrac etmək mümkündür.
– İdxal məhsullarının yerli mallarla əvəzlənməsi. Hazırda ərzaq sektorunda idxala sərf edilən məbləğ kifayət qədər yüksəkdir və bura idxal olunanərzaq xammalını da əlavə etsək daha böyük rəqəmlərlə üzləşərik. Məhz bu yöndə islahatlar aparmaqla idxalın yerli məhsullarla əvəzlənməsinə çalışmaq lazımdır, bu mənada Rusiya təcrübəsi böyük önəm kəsb edir. Bu həm yeni müəssisə və iş yerlərinin açılmasına, həm də ölkənin ərzaq təhlükəsizliyinin təminatına rəvac verərdi. (arayış zamanı konkret təkliflər bildiriləcək)
– Xarici sərmayədarlar. Bir misal. Hazırda Səudiyyə Ərəbistanı, Qatar, BƏƏ, Küveyt postsovet ölkələrinə k/t sahəsində sərmayələr qoyaraq istehsal olunan məhsulu ölkələrinə idxal edirlər və bu hər iki tərəf üçün faydalı biznesdir. Artıq Gürcüstan, Rusiya, Belarus, Qırğızıstan, Ermənistan, Tacikistan kimi ölkələr göstərilən dövlətlərlə bu çərçivədə əməkdaşlıq edirlər. Azərbaycanın bu sahədə imkanları genişdir, sadəcə investorları cəlb etmək üçün əməli və aktiv fəaliyyət gərəkdir , yeri gəlmişkən bu ölkələrdəki səfirliklərimizin hər birində iqtisadi işlər katibləri çalışırlar.
– Gənclər üçün k/t layihələri , işsizlik və kadr probleminin həll olunması. Ölkədə k/ t təhsilli kifayət qədər gənc kadrlar vardır, lakin onların əksəriyyəti öz ixtisası üzrə fəaliyyət göstərmir, bunun da obyektiv və subyektiv səbəbləri var. Bu mənada K/T nazirliyi və yerli İH orqanları müəyyən bir layihə çərçivəsində gəncləri kəndə cəlb edə bilərlər, bu gənclər öz enerji və bilikləri ilə kəndə yeni bir ruh gətirə bilərlər, sosial şəbəkədə ” Kəndə Qayıdış ” adlı bir yazımla gənclərin münadibətini öyrənmək istədim, inanın ki, yüzlərlə gənc vətənə, xalqa məhz kənddə xidmət etmək arzularını bildirdilər, bunun müyyən bir formatını da yaratmaq olar… (təklif var)
-Kibutsi, Moşava: “kolxoz” deyillər… Yüz il əvvəl yəhudilər Fələstinə dönərkən k /t sahəsindəki problemləri həll etmək üçün fermerlərin bu birgə fəaliyyət növünü yaratdılar… Kibutsi-bu fermerlərin k/t becərilməsi vasitələrinə birgə sahiblik və qazancın icma üzvləri arasında bərabər bölünməsidir… Moşava isə vasitələrin fərdi istifadə, lakin məhsulun birgə satışı həyata keçirilməsi prinsiplərinə söykənir… Hazırda ölkə k/t məhsullarının 76 % ( 2015 ) bu icmalar tərəfindən istehsal olunur, İsraildə olarkən onların fəaliyyəti ilə yaxından tanış olmuşam. Ölkəmizdə də fermer təsərrüfatlarının tam inkişaf tapmadığı və müəyyən maliyyə probleməri səbəbindən 3-5 fermerin belə iş birliyi faydalı olardı. Bu sahədə K/T nazirliyinin məsləhətçi kimi, onun Aqrolizinq təşkilatının satıcı deyil, tərəfdaş kimi iştirakı da mümkündür.
– İslam bankçılığı. Əslində Avropa, ABŞ və Kanada da bu təcrübə illərdir ki, həyata keçirilir. Bu halda bank sələmlə kredit verən kimi deyil, iş tərəfdaşı kimi çıxış edir, hətta gəlirləri daha çox olur. Bu sahədə banklarımızın maarifləndirilməsi gərəkli məqamdır və bu şərtlərlə işləyən islam bank nümünəsi hətta olmalıdır da… dəqiq məlumatım yoxdur, lakin hazırlıq işlərinin getdiyini bilirəm.
– K/T-da müasir texnologiyalar və elmi yanaşmadan istifadə günün ən zəruri amilidir, çünki əkin sahələrinin bir sıra obyektiv (şoranlaşma, səhralaşma), subyektiv (fərdi evlərin tikintisi) səbəblərdən azalması fonunda başlıca məqsəd hektardan məhsuldarlığı artırmaqdır. Ərazisi bizim ərazilərdən 4 dəfə az, əhalisi bizimkinə bərabər İsrail məhz üksək texnologiyalar sayəsində nəinki ölkə əhalisini ərzaqla tam təmin edir, hətta ərzaq məhsulları sahəsində dünyanın aparıcı dövlətlərindən biridir. (statistik məlumat təqdim etmək olar)
– Nar və nar məhsulları. Hazırda ölkəmiz 3 növ nar məhsulu ixrac edir: təzə nar, nar şirəsi və narşərab. Halbuki, nardan 20-yə yaxın ixracyönlü məhsul emal etmək olar: nar şərabı (çaxır), nar konsentratı, ekstraktı (dünya bazarında 1 tonu 5-6 min $), qranadan (quru nar dənələri), qranadin (nar şəkəri), nar turşusu, yarpaq və çiçəklərindən, qabığından çay, çərdəyindən yem və yağ, şirəsindən pastila, nar mürəbbəsi, donduruımuş nar dənələri, boyaq və aşılayıcı maddələr və s. Nar immun sistemi və radiasiyaya qarşı müalicəvi əhəmiyyətə malik olduğunda son 15 ilin top meyvəsi sayılır.
– Xam pambıqla yanaşı , onda hazırlana biləcək məhsullar da ixrac əhəmiyyəti daşıyır: pambıq yağı, lifi, kətan parçalar, ağ bez, cuna, burun və qulaq çöpləri və s. Sadəcə istehsalı təşkil etmək xam pambıq satışından daha gəlirli olardı.
– Aqlay daşı , mərmər. Bu məmulatlara nəinki Rusiya, hətta Avropa bazarında ehtyac duyulur, xüsusi ilə bina örtüyü kimi aqlay daha populyardır.
– İsraildə olarkən ölkədə olan hind quşu təsərrüfatlarının bolluğu məni təəccübləndirdi, amma öyrəndim ki, bu quş daha tez böyüyür və bazarı da genişdir… Ölkəmizdə bu sahə yalnız fərdi təsərrüfatlarda təmsil olunub və qiyməti ət məhsulları arasında ən bahalısı.
Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)