Qeyri-Neft sektorunun K/T sahəsində ixracı barədə
Xeberinfo.com: (I hissə)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri – neft sektorunun inkişafına , sahibkarlığa və ölkə iqtisadiyyatının bu sahəsinin inkişafına böyük önəm , qayğı və diqqət göstərir. Bu arayış hazırda üzərində işlər gedən İqtisadi İslahatlar Proqramının bir bölümü , k/t məhsullarının xammal bazasının yaranması , ixracyonlü məhsulların istehsalı barədə fikir və təklifləri əhatə edir və 4 dövr üçün nəzərdə tutulmuşdur : 1.2016 ; 2. 2017- 2018 ; 3. 2019 – 2020 ; 4.2021 : 2025 .
İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ” Azərbaycan 2020 : Gələcəyə baxış ” konsepsiyasında ölkənin qeyri – neft sektorunda ixrac həcminin 2020 – ci ilə kimi 10 mlrd.$ həcminə kimi çatdırılması nəzərdə tutulub , yəni ” adambaşına 1000 ABŞ $ ” prinsipi , qeyd edək ki , 2015 -ci ilin ixrac nəticələrinə görə bu rəqəm 170 abş $ -na bərabərdir. Belə bir böyük hədəfə belə bir qısa müddət ərzində nail olmaq üçün hər şeydən əvvəl məhsul , onu istehsal etmək üçün isə xammal bazası , kifayət qədər emal və istehsal müəssisələri , maliyyə imkanları olmalıdır . Sözsüz ki , 10 mlrd $ hədəfi əsasən qeyri – neft sektorunun iki sahəsini əhatə edəcəkdir : k/ t və sənaye , digər sahələrin payı isə cüzi olacaqdır . İndiki zamanda k/t sahəsi daha priotriet görünür , çünki bu sahədə ixracyönlü məhsulları istehsal etmək sənaye sahəsinə nisbətən daha yüksək temp və sürətlə görülə bilər. Lakin fikrimcə k/ t sahəsində 5 mlrd.$ həddi 2025 -ci ilə kimi həyata keçirilə bilər , əgər bu gün onun cəmi 370 mln.$ həcmində olduğunu nəzərə alsaq , bunun daha real yanaşma olduğunu görərik. Bu inkişafın 4 mərhələli inkişafını aşağıdakı kimi səciyyələndirmək olar :
– 2016- cı il . Mövcud ixracyönlü məhsul potensialının araşdırılması , təyin edilməsi , ənənəvi bazarlara ( MDB , AB ölkələri )məhsul ixracının artırılması , yeni ixrac bazarlarına ( Körfəz ərəb ölkələri , Afrika və C.Amerika ) çıxış . Bu halda mövcud ixracatı artıraraq 600 – 650 mln.$ həcminə çatdırmaq mümkündür. Bu mənada cənab Prezidentin “Qeyri -neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında ” Sərəncamı böyük əhəmiyyət kəsb edir : xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə , xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə , ” Made in Azerbaijan ” brendinin xarici bazarlarda təşviqinə , ixracla əlaqəli təbliğat – inkişaf proqram və layihələrinə çəkilən xərclərin xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi ixracı artırmaq sahəsində görülə biləcək işlərə böyük dəstəkdir.
– 2017 – 2018 -ci illər. K / T sahəsində xammal bazasının yaradılmasında əsaslı dönüş etmək , ixracyönlü məhsulların istehsalında dönüş edəcək kiçik və orta emal müəssisələrinin yaradılması , iri müəssisələrin fəaliyyətinin tənzimlənməsi , məhsul istehsalında azad rəqabət prinsipi yaradaraq xammal və məhsul bolluğuna doğru irəliləmək başlıca prinsip olmalıdır . Bu halda 2018 -ci ildə 1,5 mlrd.$ həcminə çatmaq mümkündür.
– 2019 – 2020 -ci illər. 1- ci və 2-ci mərhələdə həyata keçirilən tədbirlər ölkədə müəyyən xammal və maddi – texniki bazanın yaranmasına , ixracyönlü məhsulların istehsalına şərait yaradacaq , müştəri bazasaının genişliyi isə ölkəmizə xarici bazarlarda öz yerini tapmaqda köməklik edəcəkdir. Bu müddətin sonunda ölkəmiz 2,5 – 3 mlrd.$ həcmində k/t məhsulu ixrac etmək iqtidarında olardı.Bu çox böyük bir məbləğdir , indiki ixracdan 8 -10 dəfə artıq bir rəqəmdir …
– 2021 -2025 -ci illər. Bu perspektivdə isə 4-5 mlrd.$ həcmində ixracat məsələləri həll oluna bilər , lakin bunun üçün birinci 3 mərhələni uğurla həyata keçirmək zəruriyyəti vardır.
Həyata keçirilən islahatlar tədrici inkişaf prinsiplərinə əsaslanmalıdır.(Ardı var)
Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)