Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Mərkəzi Bank tam üzən məzənnə siyasətinə keçə bilməz”

 

Mərkəzi Bankın açıqladığı məlumata görə, manatın məzənnəsini saxlamaq üçün 2015-ci ilin ilk 9 ayında ehtiyatların 55%-ə yaxını xərclənib.

Xeberinfo.com:   Bu da ciddi problemlərdən xəbər verir. Bu günlərdə Amerikanın ən nüfuzlu banklarından biri “Bank of Amerika Merrill Lynch” Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırıb. Qeyd olunur ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub:“Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35% devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi, sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir”.

İqtisadçı ekspert Azər Mehdiyev deyib ki, Azərbaycan iqtisadiyyatı manatın sərbəst buraxılmasına hələ ki, hazır deyil: “Heç kəsə sirr deyil ki, ölkə iqtisadiyyatında indiyə qədər həlledici rola neft pulları malik olub. Azərbaycan iqtisadiyyatı hələ ki, tam formalaşmayıb. Bu baxımdan təbii ki, bütün böhranlara qarşı manatın həssaslığı gözləniləndir. Ölkə iqtisadiyyatının reallığını nəzərə alsaq manatın üzən məzənnəyə keçməsi mümkün olmayacaq. Sadəcə olaraq zaman-zaman ehtiyatları xərcləyib kəskin devalvasiyaya getməkdənsə tənzimlənən məzənnə siyasətinə keçmək olar. Bunun da mahiyyəti ondan ibarət olacaq ki, dünya bazarında baş verən dəyişikliklərə Azərbaycanda valyuta ehtiyatları nəzərə alaraq Mərkəzi Bank manatın kursunu tədricən aşağı sala bilər. Bu tədrici proses sonradan baş verə biləcək kəskin devalvasiyadan qaçmağa imkan verəcək. Mərkəzi Bank tam üzən məzənnə siyasətinə keçə bilməz. Amma hökumətin verdiyi bəyanatlardan hiss olunur ki, Mərkəzi Bank qarşıdan gələn dövr ərzində tənzimlənən üzən məzənnə siyasətinə keçə bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam