Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Manat ucuzlaşarsa, növbəti il bizi nə gözləyə bilər?

Manat

 

Azər Mehtiyev: "Azərbaycan iqtisadiyyatı hələ manatın tam "üzən məzənnə" siyasətinə keçməsinə hazır deyil, ancaq "tənzimlənən üzən məzənnə" siyasətinə keçə bilər"

 

Xeberinfo.com:  Son zamanlar mətbuatda manatın məzənnəsi ilə bağlı verilən proqnozlardan əksəriyyəti Mərkəzi Bankın "üzən məzənnə" siyasətinə keçəcəyi ilə bağlıdır. Bu səbəbdən əhali üçün hazırda ən aktual suallardan biri "üzən məzənnə" termininin nə demək olması və sadə insanlar üçün hansı nəticələrə gətirib çıxaracağıdır. 
Bir müddət öncə manatın kəskin devalvasiyaya gedəcəyi, hətta 1 dolların 1,5 manat olacağı haqqında informasiyalar yayılırdısa, indi ən çox səslənən variant "üzən məzənnə" siyasəti ətrafındadır. Təsadüfi deyil ki, hökumət də "üzən məzənnə" siyasəti üzərində işlədiyini açıqlayıb. 
Bəs, görəsən, bu siyasət Azərbaycan iqtisadiyyatına nə verəcək? Manat "üzən məzənnə"yə keçərsə, bu, sadə insanların cibinə necə təsir edəcək? Növbəti ildə bazarlarda bahalaşma müşahidə olunacaqmı? 
Heç kimə sirr deyil ki, artıq indidən dollar cüzi də olsa, manat qarşısında möhkəmlənməkdədir. Bazarlarda hiss edilməyən növbəti bahalaşma dalğasına start verilib. Manat ucuzlaşarsa, növbəti il bizi nə gözləyə bilər?
Musavat.com-un bu suallarını cavablandıran iqtisadçı ekspert Azər Mehtiyev bildirdi ki, Azərbaycan iqtisadiyyatı hələ manatın tam "üzən məzənnə" siyasətinə keçməsinə hazır deyil, "tənzimlənən üzən məzənnə" rejiminə keçmək mümkündür: "Mərkəzi Bank “üzən məzənnə” siyasətinə deyil, “tənzimlənən üzən məzənnə” siyasətinə keçə bilər. Çünki, Azərbaycan iqtisadiyyatı hələ manatın tam “üzən məzənənə” siyasətinə keçməsinə hazır deyil, bu, mümkünsüzdür. Sadəcə hökumət “tənzimlənən üzən məzənnə” siyasətə keçə bilər. Bu, o  deməkdir ki, hökumət özü manatın məzənnəsini az-az aşağı salmaq xətti götürür. 
“Üzən məzənnə” isə odur ki, manat tamamilə bazarın ixtiyarına buraxılır və məzənnə öz-özünə tələb-təklif əsasında bazarda formalaşır. Bunun üçün  iqtisadiyyatın güclü olması, manatı müdafiə edən amillərin olması əsas şərtdir. “Tənzimlənən üzən məzənnə” siyasəti isə ondan ibarətdir ki, Mərkəzi Bank özü mövcud şərtləri nəzərə alaraq manatın nə kəskin ucuzlaşmasına, nə də kəskin bahalaşmasına yol vermədən özü tədricən bu prosesləri idarə edir". 
A.Mehtiyevin sözlərinə görə, indiki halda, Mərkəzi Bank manatın məzənnəsini uzun müddətli dövrdə sabit saxlamaq üçün imkanına malik deyil: "Heç kimə sirr deyil ki, manatın məzənnəsi neft gəlirləri ilə bağlıdır. Dövlət büdcəsi neft gəlirləri hesabına formalaşıb və ona görə də , baş verən proseslər, neft gəlirlərinin kəskin şəkildə azalması, dolların getdikcə dünya bazarında möhkəmlənməsi, dekabr ayında ABŞ Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin artırılması ehtimalı və  bu baş verərsə onun yaradacağı təzyiqlər manata basqını gücləndirir. 
Azərbaycan iqtisadiyyatında olan durğunluq da əlavə olaraq bu prosesə güc verən bir amil sayılır. Manatın məzənnəsini saxlamaq çox böyük xərclər hesabına mümkün  olur. Mərkəzi Bankın ehtiyatları uzunmüddətli dövrdə buna kifayət etməyəcək. Bu baxımdan manatın məzənnəsində dəyişiklik və manatın zəifləməsi mütləqdir". 
İqtisadçı ekspert onu da vurğuladı ki, hökumət burada iki variantdan birini seçməlidir, ya kəskin devalvasiyaya getməli, ya da "üzən məzənnə" siyasətini tətbiq etməlidir: "Bir müddət manatı sabit saxlamaqla dövlət ehtiyatlarını tükətmək və sonra manatın birdəfəlik kəskin devalvasiyasına getmək olar. Bu həm Mərkəzi Bank üçün, həm hökumət, həm də əhali üçün böyük itkilər deməkdir. Ancaq manatın məzənnəsinin tədricən aşağı salınması qaçılmaz bir proses olacaq, əhali getdikcə buna alışa bilər. Bu yeni bir hal deyil və dünyanın bir çox ölkələrində üzən məzənnə siyasəti tətbiq edilir. 
Uzunmüddətli dövr üçün nəzərdə tutulan tədrici azalmalar, o qədər də hiss olunmadan keçir. Lakin bir müddət sonra, təbii ki, buna uyğun inflyasiya prosesi hər şeyin korrektə olunmasını tələb edir. Qarşıdan  gələn dövr özü inflyasiya dövrüdür, risklərin çoxaldığı bir dövrdür. Təbii ki, əhali də bu riskləri yaşayacaq, müəyyən itkilərə məruz qalacaqlar. Bu qaçılmaz bir proses olaraq gedəcək. Bu devalvasiyanın dərəcəsindən asılıdır. Kəskin devalvasiya hər zaman birdəfəlik böyük itkilərə gətirib çıxarır". 
Azər Mehtiyev növbəti ildə bahalaşmanın qaçılmaz olduğunu və sosial vəziyyətin pisləşməsi ehtimalının da böyük olduğunu qeyd etdi: "Qarşıdan gələn dövr üçün iki mühüm təsir elementi var. Bunlardan biri iqtisadiyyatın zəifləməsi və manata olan təsirlərdir. Bu inflyasiyanı artıran bir amil sayılır. Digər tərəfdən də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi prosesi gedir. Əgər ölkəyə idxal prosesində liberallıq artırılsa, bu müəyyən mənada qiymət artımının qarşısını ala bilər. Yəni, Azərbaycan iqtisadiyyatında qiymət artımının qarşısını almaq üçün hələ müəyyən amillər mümkündür. Ancaq  bütün hallarda qiymət artımları qaçılmaz olacaq. Bu həm də hökumətin atacağı addımlardan və bu addımların nə dərəcədə səmərəli olmasından asılıdır. Regionlarda da sosial vəziyyət çətin olacaq. Rusiyadan gələn vəsaitləri azalıb, paytaxtdakı tikinti işləri dayandırılıb. Bu onu göstərir ki, işsizlərin sayı artıb və əhalinin gəlirləri azalıb". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam