Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ən çox şikayət olunan banklar bağlana bilər?

Mərkəzi Bank ən çox şikayət olunan bankların siyahısını yayımlayıb. Göstəricilər 3 kateqoriyaya ayrılıb. Az şikayət olunanlar yaşıl, orta şikayət olunanlar sarı, çox şikayət olunanlar qırmızı rəngdə verilib.

Yenixeber.org: Bu siyahıda 9 bank qırmızı rəngdə göstərilib. Ən çox şikayət edilən bank 5,26 indeksi ilə "Bank of Baku" seçilib. “Bank VTB Azərbaycan” siyahıda ikinci (3,24 indeksi), "Accessbank" isə üçüncü (2.55 indeksi) olub. "Bank Avrasiya" da qırmızı kateqoriyada olan banklar siyahısındadır.

Ümumiyyətlə bankların sözügedən reytinqinin hazırlanması yeni tətbiqdir. Bəzi ekspertlər sözügedən reytinqin bankların reputasiyasına ciddi zərər verdiyini bildirir. Digərləri reytinqin hazırlanmasını düzgün hesab edir.

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov Mərkəzi Bankın atdığı addımın doğru olduğunu bildirib:

"Düşünürəm ki, Mərkəzi Bank tərəfindən ən çox şikayət olunan bankların siyahısının açıqlanması doğru addımdır. Bu, birbaşa ictimai qınaq formalaşdırır. Əlbəttə, bunun banklara mənfi təsiri olacaq. Belə ki, vətəndaşlar seçim etdikdə mənfi reytinqdə olan banka müraciət etməyəcəklər. İnsan istər-istəməz həmin banka qarşı ehtiyyatla yanaşacaq. Məhz sözügedən cədvəl banklara olan etimad mühitinin daha doğru formalaşmasına xidmət edəcək. Şikayətlərlə bağlı reytinq göstəricilərinin açıqlandığından banklar daha az şikayət olmasına, öz xidmət səviyyələrini, keyfiyyətlərini yüksəltməyə çalışacaq".

E.Əmirov 2024-cü ildə hər hansı bankın bağlanacağını gözləmədiyini söyləyib:

"Şikayət sayı çox olan bankların bağlanacağını düşünmürəm. Bankların bağlanmasının səbəbi  demək olar ki,  şikayətlərə görə olmur. Müəyyən göstəricilər, səbəblər bankların bağlanmasını zəruri edir. Buna görə də reytinqi aşağı olan bankların bağlanacağını gözləmək doğru deyil. 2024-cü ildə növbəti hansısa bankın bağlanacağını gözləmirəm".

Digər bir iqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, Mərkəzi Bankın bu məsələdə yanaşması düzgün deyil:

"Mən Mərkəzi Bankın rəhbərliyinə də reytinq cədvəlinin yayımlanmasını düzgün saymadığımı demişəm. Ona görə ki, bu, bankların nüfuzuna və kommersiya gəlirlərinə zərər gətirir. Mərkəzi Bank əksinə bankların nüfuzuna xələl gətirəcək addımlar atmaqdan çəkinməlidir. Bunu Banklar Arası Assosiyasiyalar, Qeyri-Hökumət Təşkilatları edə bilər. Ona görə də mən bu, yanaşmanı düzgün saymıram".(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam