Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Türkiyə klubunun israilli futbolçusu həbs edildi

 

Türkiyənin “Antalyaspor” klubunun israilli futbolçusu Sagiv Yehezkel həbs edilib.

Yenixeber.org xəbər verir ki, buna səbəb onun “Trabzonspor”la matçda vurduğu qolu İsraillə Fələstin arasındakı döyüşlərin başlamasının 100 günü tamam olmasına həsr etməsidir. 

Futbolçu qolu vurduqdan sonra əlindəki “100 gün” yazısı və “Davud ulduzu”nu kameralara göstərib. 

Matçdan sonra Antalya Baş Prokurorluğu futbolçu haqqında həbs qərarı çıxarıb. Yehezkel “insanları kin və düşmənçiliyə təhrik etmək” maddəsi ilə günahlandırılır. 
Futbolçunun bu gün məhkəməyə göndəriləcəyi bildirilib. 

“Antalyaspor” prezidenti Sinan Boztepe açıqlama verərək israilli oyunçunun müqaviləsinin ləğv ediləcəyini deyib: “Milli dəyərlərimiz hər şeydən üstündür”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam