Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Milli-mənəvi dəyərlərimiz və bədii obrazlar” adlı tədbir keçirilibBSU-da

 “Milli-mənəvi dəyərlərimiz və bədii obrazlar” adlı tədbir keçirilib

 

İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı müzakirə olunub

 

     Yenixeber.org: Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ədəbiyyatı kafedrası, Azərbaycan filologiyası və jurnalistika fakültəsi, “Azərbaycan” jurnalının birgə təşkilatçılığı ilə İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında “Milli-mənəvi dəyərlərimiz və bədii obrazlar” adlı tədbir keçirilib.

   Əvvəlcə Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova tədbirin mahiyəti barədə iştirakçılara ətraflı məlumat verib. N.Novruzova Azərbaycan yazıçılarının əsərlərində milli-mənəvi dəyərlərin üstün mövqe tutmasından söz açaraq bu yazıçıların sırasında İlyas Əfəndiyevin xüsusi yeri olduğunu diqqətə çatdırıb. Nuridə Novruzova qeyd edib ki, tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrini, milli dəyərlərini gənc nəslə aşılamaq, onlarda ədəbiyyata maraq yaratmaqdır. Tədbirin “Milli-mənəvi dəyərlərimiz və bədii obrazlar” adı altında keçiriləcək silsilə tədbirlərin birincisi olduğunu deyən fakültə dekanı belə tədbirlərin davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb.

    Tədbirin təşkilatçılarından biri olan Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sədaqət Əsgərova çıxışı zamanı keçmişdən bəri tarix boyu qorunub saxlanan milli ənənələrimizin gələcək üçün varis olduğunu qeyd edib. S.Əsgərova bildirib ki, İlyas Əfəndiyevin əsərlərində xəlqilik prinsipləri, lirik psixoloji üslub, retrospektiv məqamlar müasir dövrlə yaxından səsləşir. “Sarı köynəklə Valehin nağılı” romanında milli dəyərləri əks etdirən parçalardan nümunələr gətirən S.Əsgərova ədəbiyyat və incəsənətlə bağlı yazıçının öz səs yazısı əsasında hazırlanmış slaydı təqdim edib.

    Azərbaycan ədəbiyyatı kafedrasının professoru Rüstəm Kamal İlyas Əfəndiyevin xalqın içindəki işığı üzə çıxarmağı bacaran nadir yazıçılardan biri olduğunu diqqətə çatdırıb. R.Kamal deyib: “İlyas Əfəndiyevin nəsrinin məsamələrində musiqi dolaşır. Onun əsərlərində yaratdığı bütün qəhrəmanlar sanki mahnı oxuyur. Yazıçı üslübunun səlisliyi, axıcılığı ilə istənilən oxucunu özünə cəlb edə bilir”. İlyas Əfəndiyevin əsərlərinə verdiyi ad ilə əsərin mövzusu arasında qırılmaz tellər olduğunu deyən professor qeyd edib ki, “Sarı köynəklə Valehin nağılı” romanında personajların daxili aləmi epik təfəkkür üçün olduqca rəngarəng canlandırılıb.

Tədbirdə söz alan tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova İlyas Əfəndiyevlə bağlı uşaqlıq xatirələrini bölüşüb. Prorektor bildirib ki, yazıçının əsərlərində sevgi dastanı, real həyat hadisələri parlaq şəkildə təsvir olunub. İlyas Əfəndiyevin yaradıcılığının Lev Tolstoyun yaradıcılığı ilə yaxından səsləşdiyini söyləyən Xanım Sultanova qeyd edib ki, hər iki ədibin əsərlərindəki ruh yüksəkliyi, sadəlik, milli dəyərlərə bağlılıq oxucuya öz qəhrəmanını sevdirir. 

    Çıxış edən BSU-nun Jurnalistika kafedrasının dosenti, “Azərbaycan” jurnalının redaktor müavini Südabə Ağabalayeva deyib: “Hər bir yazıçı öz dövrünün övladıdır. İlyas Əfəndiyev isə özündən sonrakı dövlərə də tükənməz yaradıcılıq irsi qoyub getdi”. S.Ağabalayeva bildirib ki, yazıçı heç vaxt şeir yazmasa da onun necə şair ruhunun olması yazdığı romanlardan hiss olunur. İlyas Əfəndiyevin əsərlərində yaratdığı kişi obrazlarını Məcnun obrazı ilə müqayisə edən S.Ağabalayeva yazıçı ilə bağlı apardığı araşdırmalarından söz açıb. İlyas Əfəndiyevin üslüb özünəməxsusluğunun, əsərlərində istifadə olunan ifadələrin bu gün özünü eynilə Elçin Əfəndiyevin əsərlərində də göstərdiyini diqqətə çatdıran Südabə Ağabalayeva bununla E.Əfəndiyevin varislik ənənəsinə sadiq qaldığını deyib.

    Çıxışların ardından tələblərlə “Sarı köynəklə Valehin nağılı” romanı təhlil edilib, mövzu ətrafında müzakələr aparlıb.

BSU-nun Mətbuat xidməti

 

 “Milli-mənəvi dəyərlərimiz və bədii obrazlar” adlı tədbir keçirilib
 “Milli-mənəvi dəyərlərimiz və bədii obrazlar” adlı tədbir keçirilib
 “Milli-mənəvi dəyərlərimiz və bədii obrazlar” adlı tədbir keçirilib

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam