Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib-BSU-da

“Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib

 

BSU-da “Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib

 

Yenixeber.org: 17 oktyabr 2017-ci il tarixdə BSU üzrə Yeni Azərbaycan Partiyası və Azərbaycan multikulturalizmi kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə həsr olunmuş “Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova çıxış edərək Azərbaycanın müstəqilliyinin kəşməkeşli yol keçdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin qayıdışına qədər ölkənin çox mürəkkəb durumda olduğunu, sosial-siyasi, milli-etnik konfliktlərin son gərginlik həddinə çatdığını qeyd edib. O, deyib: “Ulu öndər qısa zamanda dövlət müstəqilliyimizi möhkəmləndirərək onun əbədiliyini, dönməzliyini təmin etdi. Demokratik, hüquqi dövlətçilik prinsiplərini bərqərar etdi. Ermənistan tərəfindən Azərbaycanın cəlb edildiyi ədalətsiz müharibədə insan qırğının qarşısını almaq üçün atəşkəsə nail oldu”.

Seminarda milli-mənəvi dəyərlərimizə həsr edilmiş film nümayiş etdirilib.

Nümayişin ardından Azərbaycan multikulturalizmi kafedrasının baş müəllimi Asif Quliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində milli dəyərlər” mövzusunda məruzə ilə çıxış edib. A.Quliyev bildirib ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Həmin kafedranın müəllimi Mayya Cəfərquliyeva “Milli-mənəvi dəyərlər multikulturalizm kontekstində” adlı mövzu ətrafında Azərbaycan multikulturalizminin mahiyyəti barədə tələbələrlə diskussiya aparıb. Sonra beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Tofiqə Miriyevanın “Milli-mənəvi dəyərlər gənclərimizin gözü ilə” adlı məruzəsi dinlənilib.

BSU-nun Mətbuat xidməti

 

“Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib
“Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib
“Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam