Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

FİDE reytinqi : Məmmədyarov iki pillə irəlilədi

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2024-cü ilin yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, Azərbaycanın kişi şahmatçılarından ən yaxşı göstəricisi Şəhriyar Məmmədyarova (2726) aiddir. Dekabr ayı ilə müqayisədə iki pillə irəliləyən şahmatçı 24-cü sırada qərarlaşıb. Teymur Rəcəbovun mövqeyi dəyişməyib. Qrosmeyster 2723 xalla 27-ci sıradadır. Arkadi Naydiç (2657) 80-ci, Rauf Məmmədov (2651) 87-cidir.

Reytinq siyahısında qadın şahmatçılarımızdan ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2449 xalla 26-cı sıradadır. Ülviyyə Fətəliyeva (2384) siyahıda 64-cü, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 97-ci, Xanım Balacayeva (2350) isə 99-cu pillələrdə yer alıblar.

Kişi şahmatçıların reytinq siyahısına 2830 xalla Maqnus Karlsen başçılıq edir. Çinli Yifan Hou (2632) qadın, almaniyalı Vinsent Keymer (2743) gənc, qazaxıstanlı Bibisara Assaubayeva (2472) isə qız şahmatçıların siyahılarında ilk pillələrdə yer alıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam