Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Paris-2024”:Azərbaycan nümayəndə heyətinin rəhbəri kim olacaq?

“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri (şef-de-mission) müəyyənləşib.
Yenixeber.org: Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin olunub.
Rauf Hacılı 2023-cü ildə X beynəlxalq Abilimpiya çempionatında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Qeyd edək ki, XVII Yay Paralimpiya Oyunları gələn il avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. Azərbaycan Milli Paralimpiya Komitəsi və Ajan şəhərinin meriyası arasında imzalanmış müqaviləyə əsasən 2024-cü ilin avqustunda Oyunlara səmərəli hazırlaşmaq məqsədilə milli Paralimpiya komandası üçün orada təlim-məşq toplanışı təşkil ediləcək. XVII Yay Paralimpiya Oyunlarında ölkəmizin 7-8 idman növündə 45-50-yə yaxın idmançı ilə təmsil olunacağı gözlənilir.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam