Ukraynadan təxliyə olunan vətəndaşlarımızdan 61 nəfəri bu gün səhər saatlarında İstanbuldan avtobusla Bakıya yola düşüblər.

Yenixeber.org: Bunu Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Allahverdiyev deyib.

"Daha 50 nəfər İstanbulda təxliyə olunmasını gözləyir. İstanbula təxliyə olunanların yaxınları hələ yolda olduğundan, yəni İstanbula çatmadıqlarından onlar Türkiyədə gözləyirlər. Onlar da İstanbula gəlib çatdıqdan sonra avtobusla yola salınmaları nəzərdə tutulub. Rumıniya və Moldovadan vətəndaşalarımız Türkiyəyə gəlməkdə davam edir. Gələn vətəndaşlarımızın da təxliyəsi üçün nə lazımdırsa görüləcək. Bu işdə bizə Türkiyə Xarici İşlər Nazirliyi böyük dəstək verir”, - deyə E.Allahverdiyev bildirib.

Qeyd edək ki, Ukraynadakı azərbaycanlıların təxliyəsi və digər problemlərlə bağı vətəndaşlarımız aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilər:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qaynar xətləri:

Telefon: +994505748595

+994506725868

+994125969422

+994125969301

Elektron poçt: mkon3@mfa.gov.az

Eyni zamanda, aşağıdakı əlaqə vasitələri ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki aidiyyəti diplomatik missiyaları ilə əlaqə saxlanıla bilər:

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi (Kiyev şəhəri):

Telefon: +380 73 5050000

Elektron poçt: kiev@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu:

Telefon: (+38057) 7000531

Elektron poçt: info.azconsulate@gmail.com

Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi:

Telefon: +373 781 81 361, +373 789 91 849, +373 222 32 277

Elektron poçt: chisinau@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Polşadakı Səfirliyi:

Telefon: +48 576 900 183, +48 22 718 30 70

Elektron poçt: consul_warsaw@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi

Telefon: +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün)

Elektron poçt: budapest@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Slovakiyada akkreditə olunmuş Səfirliyi

Telefon: +43 676 844 509 733

Elektron poçt: vienna@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi:

Telefon: +407 487 77744, +407 409 90079

Elektron poçt: bucharest@mission.mfa.gov

Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi:

Telefon: +359895002732

Elektron poçt: sofia@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi (Ankara şəhəri):

Telefon: +905550310007

Elektron poçt: ankara@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu

Telefon: +905441040111

Elektron poçt: istanbul@mission.mfa.gov.az

Twitter:@FaridZohrabov