Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

AVRO-2020: -Bakıda koronavirus xəstələri üçün yer ayrıldı

 

“Sevindirici haldır ki, Azərbaycanda Avropa çempionatının oyunlarına tribunaların tutumunun 50 faizi miqdarında azarkeşlərin gəlişinə icazə verilib”.

Yenixeber.org: Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan “Bol idman” verilişində deyib.

Funksioner bununla əlaqədar dövlət qurumlarına təşəkkür edib:

“Bu, təbii ki, böyük nailiyyətdir. Koronavirusa yoluxma ilə bağlı müsbət dinamika müşahidə olunur. Biz son 15 ayda pandemiya ilə əlaqədar üzləşdiyimiz vəziyyəti nəzərə almalı və diqqətli olmalıyıq. Azarkeşlərdən məsuliyyətli olmalarını xahiş edirik. Əminəm ki, hər bir fanat bunu dərk edərək stadiona gələcək. Birlikdə böyük futbol bayramını izləyəcəyik”.

Məmmədov hazırlıq işlərində hər şeyin qaydasında olduğunu vurğulayıb:

“İki ildir bütün dövlət təşkilatları ilə əməkdaşlıq edirik. Hər birinə və könüllülərə də təşəkkürlərimi çatdırıram. Hazırda 2020 könüllü fəaliyyətdədir”.

Assosiasiya rəsmisi AVRO-2020-də üzləşə biləcəkləri çətinliklər və risklər barədə də danışıb:

“Təbii ki, yoluxma riskləri mövcuddur. Çünki komandaların nümayəndələri də koronavirusa yoluxa bilərlər. Bunları nəzərə alaraq tədbirlər görmüşük. Azarkeşlərin də yoluxma ehtimalı var. Xüsusən xaricdən gələn fanatların. Çünki bəziləri çarter yox, tranzit reyslərlə gələcəklər.

Bununla da risk çoxalır. Koronavirus xəstələri üçün xüsusi məkan da seçilib. Belə hadisə baş versə, həmin azarkeşlər Atletlər Kəndində yerləşdiriləcək. Orada bir bloku rezerv etmişik. Bu, xüsusən xaricdən gələn azarkeşlər üçün nəzərdə tutulur. Təbii ki, bundan UEFA-nın, Azarkeşlər İttifaqının və fan klubların da xəbəri var. Əcnəbidirsə, Atletlər Kəndində yerləşdirəcəyik və öz hesabına karantin müddətində orada olacaq. Ümid edirəm ki, yoluxma olsa belə, çox az sayda qeydə alınacaq. Təki heç olmasın. Olsa belə, tədbirlərimizi görürük. Xaricdən gələn azarkeşlərə əlavə tələb qoyulub ki, hava limanında PCR testi istəsinlər. Testin cavabı neqativ olsa, onlar ölkəmizə daxil olacaqlar”.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam