Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İbrahimoviç -Əgər Maldini istəsə, "Milan"da qalmağa hazıram

İbrahimoviç: Əgər Maldini istəsə, Milanda qalmağa hazıram

İtaliyanın "Milan" futbol klubunun 39 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç komandada gələcək fəaliyyəti barədə sualı cavablandırıb.

Yenixeber.org: Bu barədə “Football Italia” xəbər verir.

"Mən Zlatanam, məsuliyyət hiss edirəm və özümü lider hiss edirəm. "Milan" heyran qaldığım yeganə komandadır. Mən bu komandaya nəsə vermək istəyirəm, bələdçi olmaq istəyirəm.

Nə vaxt nəsə deyəndə başqaları mənə cavab verirlər: "Yaxşı, biz bunu edəcəyik". Bu gün (dünən-red) Veronada olmaq istəyirdim, mən bunu daxildən hiss edirdim. Bir günümü onlarsız keçirməyim oğullarımsız olmaq kimi bir şeydir

Növbəti mövsümdə "Milan"da qalacammı? Bilmirəm, görərik. Əgər Paolo Maldini istəsə, onda hazıram”, - İbrahimoviç deyib.

Xatırladaq ki, İbrahimoviçin "Milan"la müqaviləsi iyunun 30-da başa çatacaq. O, cari mövsümdə “qırmızı-qaralar”ın heyətində 21 görüşdə iştirak edərək, 16 qol vurub və 2 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam