Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Tanınmış erməni idmançı-Moskvada öldürüldü

Tanınmış erməni idmançı Moskvada öldürüldü
Moskvada erməni idmançı Aşot Bolyan öldürülüb.

Yenixeber.org: Qətl dünən axşam saatlarında Moskvanın cənub-qərbində törədilib. Onun cəsədi Naximov prospektindəki evinin yaxınlığında tapılıb.
Məlumata görə, Bolyan özünə məxsus “Infiniti” markalı avtomobilin yaxınlığında güllələnib. Naməlum şəxs idmançıya baş nahiyəsindən atəş açıb, sonra hadisə yerindən qaçıb.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə istintaq idarəsində hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda cinayəti törədən şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, 40 yaşlı Bolyan tay boksu üzrə üç qat dünya çempionudur. Bir sıra beynəlxalq turnirlərdə 17 dəfə çempion adını qazanıb.

Bundan əlavə, idmançı zərbə endirilməsi sürəti üzrə özünəməxsus rekord müəyyənləşdirib. O, bir saniyədə Bolyan 11 zərbə endirib, bunlardan 8-i əlləri, 3-ü isə ayaqları ilə olub.

İdmançı 2004-cü ildə Rusiyaya köçüb. Son vaxtlar Ümumdünya Erməni Konqresinin idman şöbəsinə rəhbərlik edib, Ümumdünya Erməni İdman Federasiyaları Birliyinin prezidenti olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam