Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Bakıda “Range Rover”lə iki nəfərin ölümünə səbəb olan polis əməkdaşı həbs edildi

 İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub

Yenixeber.org: İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.
Şahidlər bildirib ki, hadisədən sonra “Rang Rover”in başından xəsarət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.
APA iki nəfərin ölümü ilə nəticələnən və KİV-də müxtəlif fikir və iddiaların yayılmasına səbəb olan bu ağır yol-nəqliyyat hadisəsinin iştirakçısı olan həmin sürücünün şəxsiyyəti müəyyən edilib-edilmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.
DİN-in  Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o artıq həbs olunub: “Doğrudan da ağır hadisədir. Təssüflər olsun ki, nəticədə iki vətəndaşımız dünyasını  dəyişib. Polisin əməliyyat-istintaq qrupu hadisə yerinə çatanda “Range Rover” markalı avtomobilin sürücüsü artıq oranı  tərk etmişdi. Bütün bunlara baxmayaraq, DİN rəhbərliyinin birbaşa nəzarətə götürdüyü bu  hadisə ilə bağlı operativ olaraq peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurla nəticələnib. Məlum oldu ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək  istintaqa təhvil verilib. Hadisə ilə bağlı Binəqədi RPİ-də qaldırılmış cinayət işi bundan sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam