Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Politoloq çağırış edir:Dağıstanda vəziyyət daha ağırdır

Rusiya parçalandıqdan sonra 3 milyon əhalisi, 50 min kvadrat kilometr ərazisi olan Dağıstan müstəqil subyekt kimi mövcudluğunu saxlaya bilməyəcək
Yenixeber.org: Politoloq Xəqani Cəfərli Dağıstandakı mövcud durumla bağlı narahatlığını bildirib:
Ukraynaya qarşı cinayətkar müharibə Rusiyanın azsaylı xalqları üçün fəlakətə çevrilməkdədir. Azsaylı xalqların itkiləri onların gələcək varlıqlarını təhdid edir. Bizim üçün xüsusi əhəmiyyət kəsb edən Dağıstanda vəziyyət bütün milli respublikalardan daha ağırdır. Son rəsmi məlumata görə, Ukraynada ölən Dağıstan sakinlərinin sayı 1519 nəfəri keçib. Ekspertlər isə rəsmi məlumatların gerçəkliyi tam ifadə etmədiyini, ölənlərin sayının bir neçə dəfə çox olduğunu bildirirlər. Ekspertlərə görə şikəst olanları da nəzərə alanda Ukraynaya qarşı cinayətkar müharibə 3 milyon əhalisi olan Dağıstanın demoqrafiyası üçün fəlakətə çevrilməkdədir. Bütün bunlar isə o deməkdir ki, Rusiya parçalandıqdan sonra 3 milyon əhalisi, 50 min kvadrat kilometr ərazisi olan Dağıstan müstəqil subyekt kimi mövcudluğunu saxlaya bilməyəcək. Bu isə Azərbaycan cəmiyyətini və dövlətini dərindən düşündürməlidir.
Müttəfıq qoşunlarının komandanı, ingilis general Uilyam Tomson 1919-cu ilin mayın 5-də Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski ilə görüşündə Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğunu bəyan etmişdi. Ukraynaya qarşı cinayətkar müharibədəki Dağıstanın itgiləri general Uilyam Tomsonun Dağıstanın Azərbaycana birləşməsini əsaslandıran dəlillərini gücləndirir.
Dağıstanın mövcudluğu çox yaxın gələcəyin dilemmasına çevriləcəyi üçün Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu generalı Uilyam Tomson 1919-cu ildə səsləndirdiyi Dağıstanın Azərbaycana birləşməli olduğu fikirə münasibət bildirməyə çağırıram.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam