Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyada azərbaycanlı idmançı güllələnib –FOTO

 

Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı idmançı öldürülüb.

Yenixeber.org: “chelyabinsk.74.ru” saytına istinadən məlumata görə, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Canıyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib.

 O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəisi İqor Mitroxinin bildirdiyinə görə, hadisəni törətməkdə 26 yaşlı azərbaycanlı Eldəniz Bağırov şübhəli bilinir.  Faktla bağlı “qəsdlə adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb.  Cinayətdə şübhəli bilinən şəxs axtarışa verilib.

 Qətlin motivi hələlik məlum deyil.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam