Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Moskvada naməlum şəxs metro stansiyası yaxınlığında atəş açıb, 2 nəfər yaralanıb

Rusiya paytaxtı Moskvanın "Timiryazevskaya" metro stansiyası yaxınlığında naməlum şəxs odlu silahdan atəş açıb.

Yenixeber.org:   Hadisə nəticəsində 2 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskvada Baş İdarəsinin məlumatına görə, hadisə yerinə gələn polis "Timiryazevskaya" metro stansiyasının vestibülünə giriş yaxınlığında naməlum şəxsin hələlik müəyyən edilməyən silahdan istifadə edərək iki vətəndaşa xəsarət yetirdiyini və sonra qaçaraq gizləndiyini müəyyən edib.

Mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alanlardan biri açıq kəllə-beyin travması, kəllə sümüyünün sınığı və göz qapağının nüfuz edən yarası, digəri isə ön qarın divarından, sağ çiynindən və sağ qulağından silah yaraları ilə xəstəxanaya çatdırılıb.

Rusiya Cinayət Məcəlləsinin xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam