Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

DTK silahlı qiyamın qarşısını aldı -Belarusda

Belarusun Dövlət Təhlükəsizliyi Komitəsi kütləvi qarışıqlıqlarda iştirak üçün təlimlər və hazırlıqlar faktı üzrə cinayət işi qaldırıb.

Yenixeber.org:  "Dövlət Təhlükəsizliyi Komitəsi kütləvi qarışıqlıqlarda iştirak üçün təlimlər və hazırlıqlar faktı üzrə cinayət işi qaldırıb. Miroslav Lozovskinin başçılığı ilə "Ağ legion"un, həmçinin Dmitri Daşkeviçin başçılığı ilə "Gənc cəbhə"nin aktivistləri- cəmi 26 nəfər saxlanılıb”.

Xəbəri dövlət KİV-ləri Belarusun Dövlət Təhlükəsizliyi Komitəsinə istinadən yayıblar.

Onların yaşadıqları və sənədləri saxladıqları yerlərdə 29 axtarış aparılıb. Nəticədə “Kalaşnikov” avtomatı, 3 karabin, 2 tapança, patronlar, qumbaralar, atma bıçaqlar, baltalar, əldəqayırma partlayıcı qurğuların istehsalı üçün predmet və maddələr, hərbi formalar, güllədeşməz jiletlər, kaskalar, NATO nümunəsinin tibbi dərman qutuları, "Azov" batalyonunun, "Belarus Taktik qrupu"nun və başqalarının müxtəlif rəmzləri, həmçinin şəhərdə döyüş əməliyyatlarının aparılması üzrə dərsliklər götürülüb.

Dövlət Təhlükəsizliyi Komitəsində istisna etməyiblər ki, "Ağ legion" aktivistlərindən götürülmüş silah-sursatdan martın 25-də keçirilməsi gözlənilən küçə aksiyaları zamanı istifadə etmək planlaşdırılırdı.

Məlumatda o da vurğulanır ki, ""Ağ legion"un liderləri həmin işə Dmitri Daşkeviçin başçılığı ilə "Gənc cəbhə" aktivistlərini cəlb etmək niyyətində idilər. Bundan başqa, Ukraynadan döyüşçülərin gəlməsi də planlaşdırılırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam