Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DTX narkotiklərlə bağlı açıqlama yaydı

DTX narkotiklərlə bağlı açıqlama yaydı

 

Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci ilin hazırkı dövrünədək olan müddət ərzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 44 kiloqramdan artıq narkotik vasitənin, habelə güclü təsiredici psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan ərazisinə qanunsuz daşınmasının və yayılmasının qarşısı alınıb. 

Yenixeber.org: Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, faktlarla bağlı 11 cinayət işi başlanılıb, bu hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycanın 24 və İran İslam Respublikasının 1 vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 14 kiloqram heroin, 14 kiloqram tiryək, 12 kiloqramdan artıq qurudulmuş marixuana, 4 kiloqram 500 qram həşiş və psixotrop maddə olan 1531 ədəd həb, eləcə də həmin şəxslərdən 1 ədəd “Makarov” tipli tapança və ona aid daraq, 2 ədəd tüfəng və xeyli sayda müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb. 

Narkotiklərin qanunsuz dövriyyəsi üzrə digər faktlarla bağlı 287 nəfər barəsində məlumatlar müvafiq araşdırmalar aparılması üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam