Redaktor seçimi
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Günün xəbəri

“Oğlumu komandirin müavini vurub öldürüb” FOTO + VİDEO

olen-esger-anasi“Oğlumu əsgərliyə sağ göndərib, cansız bədənini qarşıladım. Özü də əsgərliyinin bitməsinə ikicə ay qalmış”.

Xeberinfo.com:   Bunu İsmayıllının Qüşencə kəndinin sakini Günay Cəbiyeva Meydan TV-yə deyib.

Günay Cəbiyeva oğlu Rahim Cəbiyevi hərbi xidmətə 2015-ci ilin iyununda yollayıb. O, Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmət edirmiş.

Ana, bu adam məni təhqir edir, şillələyir, bezmişəm

Anası deyir ki, Rahim Cəbiyev xidmət etdiyi dövrlərdə hərbi hissədən, komandirindən narazı olmayıb. Hətta nümunəvi xidmətinə görə dəfələrlə diplomla təltif olunub:

“Rahim rabitəçi idi. Yaxşı əsgər olduğundan oğlumu manqa komandiri təyin etmişdilər. Tək şikayəti komandirin tərbiyəvi işlər üzrə müavini Elbrus Həsənovdan idi. Telefonla danışanda dəfələrlə “ana, bu adam məni təhqir edir, şillələyir, bezmişəm”, – deyirdi. Hətta bir dəfə danışdı ki, Elbrus Həsənov otağa girən kəsəyənə görə də onun üstünə qışqırıb. Kəsəyəni tutmasını əmr edib. Gah da zeytun yığmağı tapşırırmış, deyirmiş, topladığı zeytunların hamısı bir boyda olmalıdır. Oğlumu hədələyirmiş ki, “sən ipdən asılmısan, ipi kəsərəm, düşərsən yerə”. Dediyini etdi. İpi kəsdi və oğlumu öldürdü”.

Ya mən Elbrus Həsənovu öldürəcəm, ya da özümü…

esger-olumu-hovsan

Günay Cəbiyeva deyir ki, oğlu sonuncu dəfə zəng edəndə ona deyib: “Ya mən Elbrus Həsənovu öldürəcəm, ya da özümü. Daha dözə bilmirəm, bezmişəm”.

“Mən ona ikicə ayı qaldığını, səbrli olmasını söylədim. Hətta oğlumla işi olmasın deyə Elbrus Həsənova 200 manata nərd taxta, 20 manata iri ölçülü şəkil qoymaq üçün çərçivə düzəltdirib göndərdim. Təki, Rahimlə işi olmasın. Onu da deyim ki, bunları bizdən Elbrus Həsənov öz dili ilə istəmişdi. Ancaq olmadı, əl çəkmədi oğlumdan”.

Xəstəxanaya gedəndə oğlumun komada olduğunu gördüm

Günay Cəbiyeva deyir ki, Rahim Elbrus Həsənovla yola getmədiyini qardaşına da deyibmiş:

“Qardaşım zəng edib hissə komandirini məlumatlandırmışdı. Sonradan Elbrus Həsənov Rahimi hədələyib ki, bir də hansısa qohumun mənə zəng etsə, özündən küs. Hadisə olan ərəfələrdə hissə komandiri İlham Həsənov işdə olmayıb. Əməliyyat edildiyi üçün onu müavini Elburus Həsənov əvəz edirmiş. Komandiri zəng edib bizə dedi ki, Rahim sudurqa keçirib, xəstəxanadadır. Biz ora gedəndə gördük ki, Rahim komadadır”.

Xəstəxanaya anadangəlmə tutması olduğu ilə bağlı rəy vermələri tapşırılıb

Bundan sonra ana Müdafiə Nazirliyinə şikayət edib:

“Xahiş etdim ki, yardım etsinlər. Ancaq heç kəs kömək etmədi. Nəticədə, oğlum öldü. Rahimin sol tərəfdə gicgahında və alnında qara ləkə var idi. Onu Elbrus Həsənov vuraraq öldürüb. Bunu bütün hissə, şəxsi heyət bilir. Sadəcə, onlara da, xəstəxanaya da anadangəlmə tutması olduğu ilə bağlı rəy vermələri tapşırılıb. Oğlumun sağlamlığında heç vaxt problem olmayıb. Hələ Naxçıvanski adına hərbi liseyə yazılmaq istəyəndə hərbi həkim komissiyasından keçmişdi, heç bir problem çıxmamışdı. Əsgərliyə gedəndə də həkim komissiyasından keçmişdi. Necə xəstə oldu ki, kimsənin xəbəri olmadı? Xəstə idisə, əsgərliyə niyə aparırdılar?”

Oğlumun qanının batırılmasına izin verməyin

Anası deyir ki, Rahimin ən böyük arzusu hərbidə qalıb işləmək imiş. Gizir olmaq üçün hazırlaşırmış:

“Ancaq Elburus Həsənov onun bu arzusunu ürəyində qoydu. Mən prezident cənab İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm, mənə kömək etsin. Oğlumun qanının batırılmasına izin verməyin”.

Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Nazirliyin mətbuat xidməti Meydan TV-nin suallarını cavablandırmayıb.

Elbrus Həsənov hərbi xidmətdə olduğu üçün nazirliyin razılığı olmadan onun münasibətini öyrənmək mümkün deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam