Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

"Baku Cristall Holl"da uçqun: xəsarət alan var

Bu gün “Baku Cristall Holl” idman-konsert sarayında insident baş verib. 

Xeberinfo.com:   Virtualaz.org-a daxil olan məlumata görə binanın daxili konstruksiyalarından birinin qopub düşməsi nəticəsində işçilər arasında xəsarət alan var. Xəsarət alanlardan Çingiz Nəsirov adlı şəxs “MediClab” özəl klinikasına aparılıb. Klinikadan həmin şəxsin terapiya şöbəsin yerləşdirildiyini təsdiq ediblər.

FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov faktı təsdiq edib, ancaq bildirib ki, idman-konsert zalında heç bir təhlükəli vəziyyət mövcud deyil. “Bizim mütəxəssislərimiz dərhal hadisə yerinə gediblər, ciddi nəsə baş verməyib. Bina üçün heç bir təhlükə yaranmayıb”-o deyib.

“Baku Cristall Hall” “Eurovision” mahnı yarışmasının keçirilməsi üçün nəzərdə tutulub, 23 min tamaşaçı tutur. Sonradan Bakı Avropa Oyunlarının bəzi yarışları da bu binada keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam