Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlikdən yaralı neftçilərlə bağlı açıqlama

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanların vəziyyəti səhiyyə naziri Oqtay Şirəliyevin daim nəzarətindədir.

 

Xeberinfo.com:  Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən, xəsarət alan və hadisə nəticəsində itkin düşən neftçilərin yaxınlarına psixoloji yardımımın göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb. Bu gün psixoloqlar yenidən Mərkəzi Neftçilər Xəstəxanasında olub, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır.

Məlumata əsasən Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub.

Bildirilib ki, vəziyyəti yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evə buraxılıb. Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunublar. Onlardan 1 nəfəri ürək bulanma diaqnozu ilə xəstəxanada saxlamaq məsləhət görülüb. Həmin şəxsin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Onların da vəziyyəti sabitdir və palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam