Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Jurnalistin qatillərinin məhkəməsindən sonra gərginlik - FOTO

Jurnalistin qatillərinin məhkəməsindən sonra gərginlik (FOTO)

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəmə prosesindən sonra məhkəmə binası qarşısında gərginlik yaranıb. 
Xeberinfo.com:  Musavat.com-un əməkdaşı xəbər verir ki, daha çox təqsirləndirilən Samir Mustafayevin yaxınları narazılıq ediblər. Onun bacısı bildirib ki, qardaşı günahsızdır: “Allah Elşənin bəlasını versin. Qardaşımı bədbəxt etdi. Hamı görür ki, qardaşım günahsız idi”. 
Samir Mustafayevin yaxınları vətəndaşlıqdan imtina edəcəklərini, Amerika səfirliyinə müraciət edəcəklərini bəyan ediblər. 
Azadlıqdan məhrum edilən şəxslərin yaxınları qərara etiraz edib, jurnalistləri yalan xəbərlər yaymaqda günahlandırıblar. 
Kənan Mədətovun anası da hökmdən narazı olduqlarını deyir:" Ədalətsiz hökm oldu. 50 il bu ölkədə yaşadım. Belə ədalətsizlik görmədim. Zakir Qaralovun qəbuluna gedəcəm. Mənim oğlum əlini də Rasimə vurmayıb. Dəfələrlə onun anasının yanına getdim, ayaqlarına düşdüm. Yalvardım, amma o, məhkəmədə dedi ki, bizə danışıq üçün heç kəs gəlməyib. Beş ailə məhv oldu. Mən bu ölkənin vətəndaşlığından imtina edəcəm. Indi düşünürəm ki, kaş oğlum Rasimi vurardı. Onda bəlkə rahat olardıq".
Mədətovun anasının sözləri Rasim Əliyevin yaxınlarının, həmkarının ciddi etirazın səbəb oldu. Qarşıdurma yarandı. Hələ də gərginlik davam edir. Təqsirləndirilən şəxslərin yaxınları məhkəmə binasının önündən uzaqlaşmaq istəmirlər.
Qyd edək ki, məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay , C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com 









 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam