Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Fəhlələr Prezident Administrasiyasının qarşısında gecələyir - VİDEO

 

chovdar-ishci2

Daşkəsən rayonunda Çovdar yatağından qızıl çıxaran AIMROC şirkətinin bir qrup işçisi etirazlarını çatdırmaq üçün martın 10-da yenidən Prezident Administrasiyasının qarşısına toplaşıblar.

Xeberinfo.com:  Onların dediyinə görə, iki gündür Administrasiyanın qəbul otağının qarşısındakı kiçik parkda qalırlar, hətta orada da gecələyirlər.
Günorta saatlarında Prezident Administrasiyasının qarşısına gedərkən şirkətin fəhlələrinin orada nahar etdiklərinin şahidi olduq. Imkan tapıb dərdlərini dəbölüşdülər: “Bunlar nə vaxt insafa gələcək? Dövlət məmurlarının başımıza açdığı bu nə oyundur? Iki gündür buradakı skamyalarda gecələyirik. Pulumuz da qalmayıb, acından ölməmək üçün hərə bir-iki manat qoyub kolbasa-çörəklə nahar edirik…”
Fəhlələrdən biri Prezident Administrasiyasının binasını göstərərək deyir: “Onlar hamısı oturublar isti kabinetlərdə kreslolarında, biz isə burada zülm çəkirik. Imkanımız da yoxdur. O zavodda 200 nəfərdən artıq işçi çalışıb, amma hamının imkanı yoxdur bura gəlməyə. Birtəhər pul toplayıb, 20 nəfərdən artıq işçi gəlmişik bura. Amma bizi nədinləyən var, nə qəbul edən…”

 AIMROC şirkəti ilə “Muğanbank”ın nə əlaqəsi var?


AIMROC şirkətinin işçilərindən birinin sözlərinə görə, onları məzuniyyətə buraxanda iki aylıq əməkhaqqının tam veriləcəyini vəd etmişdilər: “Demişdilər ki, iş bərpa olunan kimi isə kompensasiya ödəniləcək. Müqaviləyə görə, işləmədiyimiz dövrdəəməkhaqqımızın üçdə iki hissəsi ödənilməli idi. Indi isə nə pulumuzu verirlər, nə dəsənədlərimizi. Sanki hansısa qara qüvvənin əlində aciz qalmışıq. Biz onlardan heç nə istəmirik, qanuni sənədlərimizi istəyirik. Deyirlər, şirkət yoxdur. Əgər şirkət yodursa, sahibi qaçıbsa, onun möhürü ”Muğanbank”da nə gəzir? “Muğanbank”la bu şirkətin nə əlaqəsi var?Əgər şirkət yoxdursa, möhürü də olmasın, biz də birdəfəlik bilək ki, yerli-dibli yoxdur. Dünəndən burdayıq, heç bir nəticəsi yoxdur”.

Növbə rəisi vəzifəsində çalışan Valeh Ismayılov deyir ki, şirkəti təmsil edən bir nəfərin ortaya çıxıb məsələyə aydınlıq gətirməsini istəyirlər: “Prezident Aparatı bunu təmin edəbilmir, yoxsa təmin etmək istəmir – bunu da bilmirik. Yəni bir nəfər bizəkonkret cavab versin ki, bu şirkət açılacaq, ya yox. Bizim pulları verəcəklər, ya yox. Qalmışıq yollarda. Artıq pulumuz da qurtarıb. Qarşıdan da bayram gəlir. Evdəuşaqlara nədeyək? Dövlət məmurları hamısı bayram keçirəcək, bizim isə bayramımız qara gəlir. Biz kimə müraciət edək, dərdimizi kimə deyək?!
Dünəndən qalmışıq burada, bir nəfər yaxınlaşıb demir ki, bu dövlət idarəsinin qarşısında nə edirsiz? Gedirik məhkəmələrə, orada da ötür-ötür oyunu. Bu ilin yanvar ayında Ekologiya və Təbii Sərvətlər naziri ilə görüşdük, dedilər 10 gün gözləyin. Biz artıq iki ildir ki, gözləyirik, nə AIMROK şirkətinin bağlandığını demirlər, nə də işin nə vaxt başlayacağını…”

Nəcəf Məmmədov isə 2012-ci ilin avqustundan şirkət işini dayandırana qədər – 2014-cü ilin aprelinə qədər qızılın çıxarılması və bərpası üzrə növbə rəisi vəzifəsindəçalışıb: “Biz var gücümüzlə çalışmışıq. Mə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam