Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Prezident Administrasiyası qarşısında özünü yandırmaq istədi

 

Bu gün bir qadın Prezident Administrasiyasının binası qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib

"Xeberinfo.com":  Azadlıq Radiosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qadının bu cəhdinin qarşısı alınıb. Qadının kimliyi dəqiqləşdirilir.
Bundan başqa, Prezident Administrasiyasına vətəndaşların qəbul saatında gələn şikayətçilərlə polis arasında qarışıqlıq yaşanıb. Qəbula gələnlər şikayətlərini lazımi ünvana çatdıra bilmədiklərini bildiriblər.
Özünü yandırmaq istəyən qadın da hərəkətini qarşılaşdığı haqsızlıq və dövlət qurumlarının onu qəbul etməməsi ilə izah edib. Bildirib ki, oğlu barəsində məhkəmə ədalətsiz qərar çıxarıb, şikayəti də bu barədədir.
Onun özünü yandırmasının qarşısı alınandan sonra huşunu itirib. Ona və səhhətində problem yaranan daha bir qadına tibbi yardım göstərilməsi üçün olay yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.
Jurnalistlərin olayı lentə almasına da imkan verilməyib.
Təxminən 100-ə yaxın şikayətçi Prezident Administrasiyasının binası önünə fərdi qaydada, hərə öz şikayəti ilə bağlı gəlib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam