Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Hafka”nın müflis olmuş bankında qalmaqal

hafkaİşçilərdən «öz xahişimlə…» ərizəsi yazmaq tələb edilir

Xeberinfo.com:  Manatın 21 dekabr devalvasiyası bankların çökdürülməsinə, bununla da minlərlə adamın işsiz qalmasına gətirib çıxarıb.

Hafiz Məmmədova məxsus “Bank of Azərbaycan” da fevralın 1-də müflis elan edilib, “Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedici təyin olunub.

Fevralın 16-dan işə başlayan ADIF işçilər qarşısında öz ərizələri ilə işdən çıxmaq tələbi qoyub. Başqa yerlərdə iş tapan əməkdaşlardan bir neçəsi bununla razılaşsa da, əksəriyyət ərizə yazmaqdan imtina edir. Əməkdaşlar qanunla almalı olduqldarı yanvar-fevral aylarının maaşını və müqaviləyə uyğun olaraq hesablaşma tələb edirlər.

Ancaq ADIF işçilərə təzyiq göstərir, artıq fəaliyyəti dayandırılmış bank əməkdaşlarını töhmətlə, “statya” ilə işdən çıxarmaqla hədələyir. Bu barədə xəbəri redaksiyamıza bank əməkdaşları verib. Onlar qanuni haqlarını müdafiə edəcəklərini, bu yolda sonadək mübarizə aparacaqlarını bildiriblər.

Bu bankda baş verənlərə həm əməkdaşlar, həm hüquqçular, həm də mütəxəssislərlə birgə aydınlıq gətirməyə çalışacağıq.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam