Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bağlanan bankın əmanətçilərinə kompensasiya ödənilməyəcək

 

Əmanətlərin Sığortalanması Fondu xüsusi bəyanatla çıxış edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır.

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, “Azərbaycan Kredit Bankı”nın bağlanması sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir: “Buna görə də ADIF bankın əmanətçilərinə kompensasiya ödəməyəcək”.

A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.

Bununla belə, ADIF-ın icraçı direktoru qeyd edib ki, “Azərbaycan Kredit Bankı”nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var: “Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun”.

O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: “Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 16-da “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasını geri çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam