Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

"Ciddi sürprizlərlə qarşılaşacağıma inanıram"

ÜSYANKAR MÜSTƏNTİQ HƏBS EHTİMALINDAN DANIŞDI

 

 

2 günlük aclıq aksiyasını dayandıran Zərdabın keçmiş müstəntiqi Rüfət Səfərov yeni müraciət hazırlayıb.  
Xeberinfo.com:  Məlumata görə, musavat.com-a açıqlamasında keçmiş müstəntiq həbs ehtimalından danışıb.
R. Səfərov öncə ona dəstək verən mediaya təşəkkür edib.  Ardınca isə aşağıdakıları yazıb: "O ki qaldı həbsimə, göstərirəm ki, bəli, belə bir xəbər barədə mən də məlumatlıyam. Fəqət bunun reallaşdırılacağına bir qədər skeptik yanaşıram. Düşünürəm ki, hər hansı ictimai təhlükəli, təqsirli əmələ yol verməmişəm ki, cinayət təqibinə məruz qalım. Bununla belə, heç bir rəsmi sənəd, məhkəmə qərarı olmadan xüsusi mülkiyyətimdə olan əşyanın-kompüterin götürülməsi, istifadəmdə olan mobil telefonlara baxış keçirilməsi, kirayənişini olduğum mənzildə yataq otağınadək adlayaraq axtarış aparılması məni vadar edir ki, daha ciddi sürprizlərlə qarşılaşacağıma inanım. Mən söz demişəm, buna görə adekvat cavab həbsdirsə, buyursunlar. Çəkinmirəm. Yəqin edirəm ki, baş verən və verəcək vaqeələr barədə ölkə prezidenti cənab İham Əliyevə müraciət edəcəyəm. Lakin hələlik səbrlə cərəyan edən prosesləri təqib edirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam