Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sabiq müstəntiq barədə həbs qərarı: 3 ay 26 gün

Rüfət Səfərov rüşvət almaqda ittiham olunur

Xeberinfo.com:   Binəqədi Rayon Məhkəməsinin qərarı ilə keçmiş müstəntiq Rüfət Səfərov barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

R.Səfərov təqsirkar olmadığını bəyan edib və məhkəmənin qərarını gülüşlə qarşılayıb.

***

Binəqədi Rayon Məhkəməsində keçmiş müstəntiq Rüfət Səfərovun barəsində istintaq dövrü üçün həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatına baxılıb. Hakim Abbas Rzayevin sədrliyi ilə baxılan təqdimatda R.Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi istənilir.

Məhkəmə hazırda müşavirədədir.

Xəbəri Azadlıq qəzetinin məhkəmədəki müxbiri verib.

***

Keçmiş müstəntiq Rüfət Səfərov saxlanılıb. Bu barədə azadliq.info-ya onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, Rüfət Səfərov barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.

R.Səfərov hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi rayon məhkəməsinə aparılıb.

Rüfət Səfərovun həbs edilməsinə atası Eldar Sabiroğlu belə münasibət bildirib ki, bu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ondan qisas almasıdır.

“Rüfət mənim qurbanım oldu. Mənim Ramiz Mehdiyevə qarşı çıxışlarım bu vəziyyətə gətirib çıxardı. Ramiz Mehdiyev mənim qisasımı oğlumdan aldı. Nə edə bilərik, qoy belə olsun. Mən sadəcə, bir daha ölkə başçısına müraciət edirəm, çox istərdim ki, dövlət rəhbərliyi bu prosesi nəzarətə götürsün”, – deyə Sabiroğlu Azadlıq qəzetinə bildirib.

***

Rüfət Səfərov barəsində açılmış cinayət işinə münasibət bildirib. O, “Azadlıq”a açıqlamasında bunları deyib:

“Məlumat aldım ki, cinayət isi başlayıblar. Bununla bağlı hələlik qısaca bir neçə qeydim var: Zərdab əhlinə son müraciətim bunların səbrini daşırdı. İrəli sürülən ittihamı qəbul etmir, absurd sayıram. Həbsdən, hətta işgəncələrdən belə çəkinmirəm. Ümidvaram ki, xalqım, azad media, vətəndaş cəmiyyətinin sıradan çıxarılmamış nümayəndələri, siyasi partiyalar, bir sözlə, vicdan və ədalət hissini gözardı etməyən insanlar məni mübarizədə tək qoymayacaqlar. Cənab Zakir Qaralova isə dəmək istəyirəm ki, həm Siz, həm də mən tarix ücün çalışırıq. Məhz bu nüansı unutmayaq”.

***

Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verən və sonradan baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilən Rüfət Səfərova qarşı cinayət işi başlanıb.

Cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılıb. R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam