Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq müstəntiq Baş Prokurorluğa çağırıldı

 

Rüfət Səfərov “Bu, artıq komediyadır” deyib, dəvəti qəbul etmədi

Keçmiş müstəntiq, prokurorluq orqanlarından siyasi bəyanatla istefa vermiş Rüfət Səfərov Baş Prokurorluğa izahat verməyə çağırılıb.

Xeberinfo.com:   Bu barədə “Azadlıq” qəzetinə R.Səfərovun özü məlumat verib.

Səfərov bildirib ki, onu Baş Prokurorluğa Təşkilat-analitik İdarəsinin prokuroru Zaur Əliyev dəvət edib. Z.Əliyev R.Səfərovun mobil telefonuna zəng vuraraq ona “izahat vermək” üçün Prokurorluğa gəlməli olduğunu deyib. Bildirib ki, R.Səfərovun icraatında olmuş bir neçə cinayət işində qanunazidd hallar müəyyən edilib, gəlib bunlarla bağlı izahat verməlidir.

R.Səfərov bu dəvəti qanunsuz sayır və ona əsasən Baş Prokurorluğa getmək fikrində olmadığını deyir.

“Bu, artıq komediyadır. Məni dəvət edən Zaur müəllimdən və digər məsul vəzifəli şəxslərdən soruşuram. Rayon prokurorluğunda kompleks yoxlama apararkən məni dinləməmiş, izahatımı almamaış prokurorluq orqanlarından xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, daha sonra məndən izahat tələb edirsiniz? Hansı statusla? Mən ki daha prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, Cinayət Prosessual Məcəlləsinə bir daha nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunubsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və müvafiq qaydada əlavə araşdırmaya göndərin. Məni prokurorluq orqanlarından xaric edirsiz, məhkəmə qərarı olmadan xüsusi mülkiyyətimdə olan komputeri götürürsünüz, mobil telefonlarıma baxış keçirirsiniz, kirayənişini olduğum mənzildə axtarış aparırsınız, sonra da izahat verməm üçün həvəslə Baş Prokurorluğa dəvət edirsiniz? Zaur müəllim, zəhmət çəkib məni gözləməyin”, – deyə R.Səfərov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam