Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

“MTN işi” ilə bağlı Elçin Quliyevə qəti tapşırıq

 

Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvlərinin ölkədən çıxışı qadağan edilib; MTN-in daha bir yüksək rütbəli əməkdaşı həbs edildi

Xeberinfo.com:   Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun özü və yaxınları, həmçinin onun Milli Təhlükəsizlik Nazirliyindəyaratdığı şəbəkənin üzvləri, onların qohumları Azərbaycanı tərk edə bilməz. “Azadlıq”a daxil olan məlumata görə, onlara qeyri-rəsmi olaraq ölkəni tərk etmək qadağan olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə də qəti tapşırıq verib. Elçin Quliyevə bildirilib ki, “MTN işi” çərçivəsində nəzarətə götürülən şəxslərdən, yaxud onların qohumlarından kimsə Azərbaycanı tərk edərsə, bu onun karyerasının sonu ola bilər. Elçin Quliyev də öz növbəsində tabeliyində olanlara ayıq-sayıq olmağı, güdləndirilmiş rejimdə çalışmağı tapşırıb.

Məlumatlarda o da bildirilir ki, Eldar Mahmudovun vaxtında ayrı-ayrı dövlət qurumlarında yüksək postlara təyin edilən MTN əməkdaşları ilə də bağlı araşdırmalar başlayıb. Bu isə “MTN işi” ilə bağlı həbs dalğasının digər qurumlara da keçəcəyi barədə ehtimalları artırır.

mtn

MTN işi” üzrə həbslər isədavam etməkdədir. Dünən MTN-in Baş Əks Kəşfiyyat Idarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə Mirəziz Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mirəziz Əsgərovun qərardan şikayətini isə Bakı Apelyasiya Məhkəməsi təmin etməyib.

Mirəziz Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifəsəlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

Əldə etdiyimiz məlumatlara görə, Mirəziz Əsgərov əslən Cəlilabad rayonundadır. Onun deputat Fəzail Ibrahimlinin qohumu olduğu bildirilir. MTN-in bir müddəəvvəl həbs edilən başqa bir əməkdaşı VüsalƏləkbərov isə deputat Astan Şahverdiyevin qardaşının kürəkənidir. Belə iddialar var idi ki, Astan Şahverdiyevin öz kürəkəni də həbs olunub. Lakin deputat Azadlıqa açıqlamasında bu məlumatı təkzib edib. “Mənim bir kürəkənim var, o da evində-eşiyindədir. Yalan məlumatdır. Onun yayanlar böhtan atırlar”,- deyə deputat bildirib.

ilqar-mahmudovDünən həmçinin bəlli olub ki, Səbail Rayon Polis Idarəsinin rəisi, polis polkovniki Ilqar Mahmudov vəzifəsindən azad edilib. Aznews.az-ın xəbərinə görə, o, öz ərizəsiyləişdən ayrılıb və təqaüdə çıxıb. Ilqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.

Criminal.az-ın məlumatına görə isə müxtəlif çap və poliqrafiya işləri həyata keçirən “Indigo” MMC-ni Eldar Mahmudov öz işçisi, MTN-ın hərbi əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Nizami Şirinovla şərik işlədirmiş.

Bakıda Məcidova küçəsi 46/44 ünvanında yerləşən şirkətin istehsalı olan qiymətli stolustu saatlı təqvimlər, divar təqvimləri, bahalı qələmlər istehsal edir, hətta nazirliyin yüksək vəzifəli şəxslərinə hədiyyə edilirmiş.

Eldar Mahmodova yaxınlığı ilə seçilən N.Şirinovun peşəkarları qaralamaqla MTN-də işdən uzaqlaşdırılmasında xüsusi “əməyiG olduğu deyilir.

Nizami Şirinov əvvəllər Xüsusi idarədə işləyib. Xüsusi Idarənin keçmiş rəisi, general Elman Qəmbərov tərəfindən 1997-ci ildə işdən çıxarılıb. Sonradan Eldar Mahmudov polis sistemində işləyərkən Nizami Şirinovla “Indigo” şirkətini yaradırlar. Mahmudov 2004-cü ildə nazir olan kimi Nizami Şirinovu idarə rəisi təyin edir.

Nizami Şironov idarə rəisi olduqdan sonra 70-dən artıq peşəkar kadrı müxtəlif qanunsuz yollarla işdən uzaqlaşdırılmasına nail olub. Özü isə Eldar Mahmudov postundan gedəndən sonra vəzifəsini itirib. Həta onun istintaqa cəlb edildiyi də deyilir.

Məsələ ilə bağlı şirkətdən bildirilib ki, rəhbərlik hazırda yerində yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam