Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Cəbhədə gərginlik: Düşmən mövqelərinə 110 atəş zərbəsi endirilib

trend_karabax_soldier_albom_hd_200814_3

 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub.
Xeberinfo.com:   Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Baş Qərvənd, Şıxlar, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 110 dəfə atəş zərbəsi endirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam