Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İcra hakimiyyətləri arasında qarşıdurma- VİDEO

 

«AZ Retail» MMC Abşeron rayonu Məhəmmədi qəsəbəsində ona məxsus olduğunu bildirdiyi ərazidə anbar və logistik mərkəzin tikintisinə başlayıb. Ancaq özünü Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs tikintiyə imkan vermir.

Xeberinfo.com:   Məlumata görə, onlar bu gün günorta saatlarında əraziyə gələn beton maşınlarının qabağını kəsiblər. Sürücülərə və fəhlələrə işləməsinlər deyə, təzyiq edirlər.

Bu haqda AzadlıqRadiosunun əməkdaşları hadisə yerindən xəbər verirlər.

Tərəflər arasında qısamüddətli qarşıdurma yaranıb. Olay yerinə polis çağırılıb. Eyni zamanda ərazidə xeyli sayda idmançı görkəmində şəxslər toplaşmaqdadır.

MMC-nin hüquqşünası Alov Səfərəliyev deyir ki, kənd təsərrüfatı mallarının saxlanılması üçün nəzərdə tutulan anbar və logistik mərkəz İqtisadi İnkişaf Nazirliyinin dövlət proqramı çərçivəsində ayırdığı kredit əsasında tikilir:

«Bu ərazi Abşeron rayonu Məhəmmədi qəsəbəsinə aiddir. Bizim torpaqla bağlı aldığımız kupçada da, reyestrdən çıxarışda da bura Məhəmmədi qəsəbəsinin ərazisi kimi göstərilib. Amma buna baxmayaraq, Sabunçu rayon İcra Hakimiyyətinin işçiləri tikintiyə müdaxilə edir, qanunsuz şəkildə tikintini dayandırmağa çalışırlar. Heç bir sənəd də təqdim etmirlər. Bilmirik nəyin əsasında belə bir tələblə çıxış edirlər».

Sabunçu rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışırıq.

Bu günlərdə prezident İlham Əliyev sahibkarlara təzyiqləri pisləyib və bunu yolverilməz adlandırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam