Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Bakıda maşın məscidin hasarına çırpıldı: -1 ölü, 3 yaralı

 

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yenixeber.org xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Müslüm Elşən oğlu Saidov idarə etdiyi "Kia Rio" markalı avtomobilin idarəetməsini itirərək məscidin hasarına vurub.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin Ədalət Elçin oğlu Hətəmov hadisə yerində ölüb. Bundan başqa, digər sərnişinlər Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam