Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Daha iki nəfər interpola verildi

 

Azərbaycanın tanınmış professorunun iki oğlu beynəlxalq axtarışa verilib.

"Xeberinfo.com":   Məlumata görə, 38 yaşlı Eldar Azakov mənimsəmədə, onun qardaşı 35 yaşlı Fərid Azakov isə mənimsəmə cinayətində iştirakda təqsirləndirilirlər.

Azərbaycan hüquq-mühafizə orqanları Eldar və Fəriz Azakov qardaşları ölkədən qaçdığı üçün onların barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, axtarışa verilən qardaşlar Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" kafedrasının professoru Siyavuş Azakovun övladlarıdır.

S. Azakov övladlarının axtarışda olması xəbərini təsdiqləyib: “Mənim bir oğlum xaricilərlə birlikdə işləyirdi. Onlar Bakıda şirkət açmışdılar. Həmin xaricilər oğlumun vasitəsilə Azərbaycanda qanunsuz işlər görmək istəyirdilər. Təbii ki, övladlarım buna razı olmazdılar və bu işə getmədilər. Onlar da vəziyyətin belə alındığını görüb övladlarımdan qisas almaq üçün prokurorluğa şikayət etdilər. Həmin şikayət əsasında prokurorluqda iş açıldı və övladlarım Azərbaycanda olmadıqları üçün barələrində axtarış elan edildi. Mən bir ata kimi sizi əmin edirəm ki, Eldarın və Fəridin heç bir günahı yoxdur. Ümid edirəm ki, bu məsələ tezliklə ədalətli həllini tapacaq”.

S. Azakov axtarışda olan övladlarının hazırda Amerikada yaşadıqlarını qeyd edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam