Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Emin Şəkinskinin qaynı İnterpola verildi

 

General Emin Şəkinskinin qaynı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib

"Xeberinfo.com":   Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 
Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Yusub oğurluq, rəsmi sənədlərin saxtalaşdırılması və Azərbaycan sərhədini qanunsuz keçməkdə təqsirləndirilir.
Fərid Yusub ölkədə olmadığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb və dövlətlərarası axtarış elan olunub. Azərbaycan hüquq-mühafizə orqanları onun yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün İnterpola müraciət edib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Fərid Yusub Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin qaynıdır.
Xatırladaq ki, avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Fərid Yusub da daxil olmaqla bir qrup şəxs E. Şəkinskinin ailəsini ölkədən qaçırmaqda təqsirləndirilir. Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam