Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ATV ilə ANS arasındakı qalmaqalla bağlı AÇIQLAMA

 

“Müzakirəsi gedən videoçarxda “Teleradio yayımı haqqında” qanunvericiliyin pozulması faktı baş verməyib. Lakin təqdirəlayiq haldır ki, yayımçı özünün də bəyan etdiyi kimi, müəyyən məqamları nəzərə alaraq anons çarxını efirdən yığışdırıb”. 
"Xeberinfo.com":   Məlumata görə, bunu Modern.az saytına Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov ANS-lə ATV arasında yaşanan qalmaqala münasibətində bildirib.

Qurum rəsmisi qeyd edib ki, problem artıq həll olunub: “Baş verənlərə digər media orqanlarının münasibət bildirməsinə gəlincə, əgər bu, milli mənafelər baxımından edilirsə, yaxşı haldır. Çünki artıq məsələyə gürcü dilindəki mediada da münasibət bildirilib. Lakin məqamdan, situasiyadan, məsələnin həssaslığından istifadə edib yayım məkanındakı rəqibini gözdən salmaq niyyəti güdülürsə, artıq bu, səmimiyyətdən deyil, qərəzdən irəli gəlir. İnanmaq istərdik ki, bu, həqiqətən də belə deyil”.

Sözügedən videoçarx ATV tərəfindən Azərbaycanın ərazisinə daxil olan gürcülərin tarixi ruhani ocağında çəkilib. Gürcü Patriarx isə bu kadrların yayılmasından narahatlığını ifadə edərək Azərbaycan və Gürcüstan hökumətini məsələni araşdırmağa çağırıb. Məsələyə ANS telekanalı da münasibət açıqlayıb.

ANS televiziyasının münasibətindən sonra ATV telekanalı da adekvat cavab verib: 

“Əgər siz hər hansı bir vidoçarxda dini motiv axtarırsınızsa, bu, artıq təhqirin “donuz” boyda isbatıdır. Patriarxın narahatlığını nəzərə alıb biz bu videoçarxın nümayişini dayandırdıq. Sapı özümüzdən olan baltalarımız. Bu da hamısı deyil. Sabun köpüyü kimi sensasiya reytinqini qaldırmağa çalışanlar, biz Gürcüstanda dini hissiyyatımız adına döyüşəndə siz döyüşün haranıza yazıldığını unutmuşdunuz”.




  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam