Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ANS-in qərarı MTRŞ-üçün gözlənilən olub

 

 Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalının “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımını dayandırması və aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırmasına münasibət bildirib

"Xeberinfo.com":   MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, ANS-in qərarı onları üçün gözlənilən olub: 
“Milli Televiziya və Radio Şurası olaraq biz ANS-dən bu addımı gözləyirdik. Əgər bu qərar qəbul edilməsəydi Milli Televiziya və Radio Şurası tərəfindən məsələ ilə bağlı ölçü götürüləcəkdi. Çünki biz ilk növbədə telekanal rəhbərliyinin qərarını gözləyirik və bundan sonra müvafiq qaydada qərar qəbul edirik”.
Qeyd edək ki, bu gün ANS-in Yaradıcılıq Şurasının qərarı ilə “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımı dayandırılıb, aparıcı E. Təhməzova efirdən uzaqlaşdırılıb. Bir müddət əvvəl E. Təhməzovanın dindar xanımların geyimi haqqında efirdən səsləndirdiyi müəyyən fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb və onun fikirləri ətrafında qalmaqal yaranıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam