Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

NAXÇIVANDA KADR İSLAHATLARI... –Prokurorluq əməkdaşlarının keçmiş fəaliyyəti araşdırılacaqmı?

Yenixeber.org: Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərovun prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Hər iki şəxsin öz istəkləri ilə tutduqları vəzifədən azad olunduqları bildirilir.

Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası Ramal İbrahimovun üzərindən götürülüb və o, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.

Bundan əlavə, müvafiq əmrlə Vüqar Hüseynova Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.

Əlbəttə, Vasif Talıbovun 27 illik hakimiyyətinin başa çatmasıyla birlikdə, Muxtar Respublikadakı dövlət strukturlarında aparılan kadr islahatları olduqca təqdirəlayiq bir haldır. Təbii ki, bu strateji bölgənin Azərbaycana inteqrasiyasını Talıbovun dövründə öz qaranlıq fəaliyyəti və qanunsuz əməlləri ilə ad çıxaran şəxslərlə həyata keçirmək mümkün deyildi. Bu səbəbdən də ötən ilin noyabrından MR-də başlayan həbs və istefa dalğası hələ də davam edir, bölgə yavaş-yavaş Talıbovun dövründə qol-budaq açan adamlardan təmizlənir.

MR Prokurorluğunda aparılan kadr islahatları da bu qəbildən hesab oluna bilər. Çünki adıçəkilən şəxslərin də fəaliyyətində çoxsaylı qanunsuz əməllərə yol verdikləriə dair şikayətlər var.

Elə götürək MR Prokurluğunun İstintaq şöbəsinin keçmiş rəisi olan Əsgərov İlqar Bəylər oğlunu. Bu şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, prokuroluq binasını şəxsi təcridxanasına çevirmişdi. İ.Əsgərovun fəaliyyəti dövründə müxtəlif şəxslərdən, xüsusilə də, pensiyaçılardan hədə-qorxu yolu ilə pul tələb etdiyniə dair müxtəlif faktlar mövcuddur.

Məsələn, bu barədə ötən ilin avqust ayında “AzPolitika.info”-da yayımlanan “Prokurorluq keçmiş pensiyaçını girov götürüb” başlıqlı yazıda İ. Əsgərovun keçmiş pensiyaçıdan 10 min manat pul tələb etdiyini, bu vəsaiti vermək istəməyən şəxsi isə bir müddət Prokuroluq binasında girov saxlamasıyla bağlı məlumatlar getmişdi.


İ. Əsgərov qanunsuz hərəkətlərə yol verərək, Azərbaycan Respublikasın Prokurorluq İşçilərinin Etik Davranış Kodeksinin 14.1. bənində qeyd olunan “Xidməti və ya xidmətdənkənar münasibətlərdən asılı olmayaraq prokurorluq işçisi tərəfindən zorakılıq və qısnama təzahürlərinə yol verilməsi qadağandır” tələbini heçə saymışdı.

Həmin vaxt saytımıza müraciət edən Əliyev Cabbar Mehdi oğlu başına gələn hadisəylə bağlı bunları demişdi: “Səhhətimdə problem olub, müraciət etmişəm, pensiya təyin olunub. 24 il dövlətin kəsdiyi təqaüdü almışam, xərcləmişəm. Pensiyamı kəsəndən sonra məni çağırıb deyirlər ki, sənədin saxtadır, dövlətdən aldığını geri ödə. Bu vəsaiti 10 gün ərzində ödəməyəcəyim halda məni həbs olunmaqla hədələyiblər. Şəxsiyyət vəsiqəmi də əlimdən alıblar. Bu gün isə Naxçıvan Prokurorluğunda məni hədələdikdən sonra binanın yeməkxanasında girov götürüblər. Deyirlər ki, bu pulu ödəməmiş heç yerə gedə bilməzsən”.

Bundan əlavə, İ. Əsgərov Prokurorluq işçilərinin etik davranış kodeksindən bir qədər də kənara çıxaraq, həmin kodeksin 24.1. bəndində qeyd olunan “Prokurorluq işçisi medianın prokurorluğun fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşmalı, media subyektlərinin dürüst və obyektiv məlumat almaq hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmamalıdır” təlimatını kobud şəkildə pozmuşdu.

Jurnalistin “Məhkəmənin qərarı olmadan penisyaçıdan necə pul tələb edirsiniz?” sualına, İ. Əsgərovun cavabı bu cür olmuşdu: “Gətirib pulu ödəməlidir. Məhkəmənin qərarı yoxdur, sən get ver məhkəməyə. Mən tələb edirəm! Mənə ağıl öyrətmə!”.

Qeyd edək ki, vətəndaşın işini məhkəməyə yönləndirmək əvəzinə, öz metodlarıyla həll etmək istəyən İ. Əsgərov, əvvəlcə pensiyaçıdan 10 min manat rüşvət tələb etmiş, problem mətbuatda işıqlandırıldıqdan sonra isə 5 min manat istəmiş, sonda isə bu istəyinə də nail ola bilməmişdi. Bu, İ. Əsgərovun qanunsuz əməllərindən yalnızca biridir. Yəqin ki, onun barəsində düzgün araşdırma aparılarsa, başqa belə faktlar da ortaya çıxa bilər.

Hər halda onun birdən-birə vəzifədən göndərilməsini də təsadüf adlandırmaq olmaz. Mümkündür ki, İ. Əsgərovun öz istəyi əsasında vəzifədən getmək istəməsi də qaranlıq fəaliyyəti dövründə yol verdiyi nöqsanlarla bağlı olub.

Artıq Muxtar Respublikada müsbətə doğr müəyyən dəyişikliklərin baş verdiyini nəzərə alsaq, ümid etmək olar ki, müvafiq qurumlar vəzifəsindən sui-istifadə etmiş şəxslərin keçmiş fəaliyyətini ətaraflı şəkildə araşdıracaq və ona uyğun hüquqi qiymət verəcəklər. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam