Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Nalbandyanın bəyanatı boş təhdiddir”

 

Ermənistanın Dağlıq Qarabağın “müstəqilliy”ini tanıması Minsk prosesini dayandıracaq.

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
Ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan parlamentdə bəyan edib ki, hərbi əməliyyatlar aparılacağı təqdirdə, Ermənistan Dağlıq Qarabağın “təhlükəsizliyinin təminatı” kimi bütün zəruri addımları atacaq, o cümlədən, onun “müstəqilliy”ini tanıyacaq.
Onun sözlərinə görə, bu, ilk növbədə, tərəflər arasında hərbi qarşıdurmaya səbəb olacaq: “Bununla belə, Ermənistan müharibə istəmir, çünki təhlükəsizliyindən ehtiyat edir”.
M.Brayza qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağı tanımaq istəyi real olsaydı, bunu çoxdan etmişdi: “Müharibə nə Ermənistana, nə də Azərbaycana lazımdır. İndiki vəziyyət yalnız Rusiyaya sərf edir”.
O, əlavə edib ki, E.Nalbandyanın bəyanatında təəccüblü bir şey yoxdur: “Güc tətbiq ediləcəyinə dair təhdid, snayperlərlə bağlı insidentlər diplomatik danışıqların daha bir formasıdır. Nalbandyan da bəyanatında bu alətdən istifadə edib. Nalbandyan eyham vurur ki, guya Azərbaycan Minsk qrupu çərçivəsndə danışıqlarından kənar addımlar atıb və Ermənistan belə bəyanatla cavab vermək qərarına gəlib. Həqiqətdə isə Yerevan Dağlıq Qarabağın “müstəqilliy”ini tanımaq istəmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam