Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ermənistan hökuməti strateji səhvə yol verdi”

 

Ermənistan özünü energetika baxımından Rusiyadan tam asılı vəziyyətə salaraq seçim azadlığından məhrum oldu. Rusiya bu ölkənin bütün enerji strukturunu əldə edib.
"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
Onun sözlərinə əsasən, ABŞ Ermənistana uzun illər təklif edib ki, Rusiyadan enerji daşıyıcılarının tədarükü asılılığını azaltsın.
M.Brayza qeyd edib ki, lakin Ermənistan bunu etmədi və nəticədə Rusiya şirkətləri Ermənistanın enerji infrastruktrunun obyektlərini satın aldılar: “Bu, Ermənistan hökumətinin strateji səhvi oldu”.
O hesab edir ki, Ermənistandakı etiraz aksiyalarını Ukraynadakı hadisələrlə müqayisə etmək düzgün deyil, çünki hər iki hadisə unikaldır: “Ermənistan hökuməti Rusiyanın enerji şirkətləri ilə danışıqlar stolu arxasına oturmalıdır”.
M.Brayza diqqətə çatdırıb ki, Ermənistandakı etiraz aksiyalarına görə günahı ABŞ-ın üzərinə artmaq düzgün olmazdı, çünki Vaşinqtonun bu hadisələrlə heç bir əlaqəsi yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam